PAŞA Bank qrupunun xalis mənfəəti 3% artıb
PAŞA Bank qrupu (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2020-ci ili 79 milyon 483 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə qrupun xalis mənfəəti 3% artıb.
Marjanın məlumatına görə, bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
PAŞA Bank qrupu 2019-cu ili 77 milyon 97 min manat xalis mənfəət ilə bağlamışdı.
Bəhruz Nağıyev qeyd edib ki, PAŞA Bank Gürcüstan 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə, PAŞA Bank Türkiyə isə ötən ili 7 milyon 651 min manat xalis mənfəət ilə bağlayıb.
"PAŞA Bank Gürcüstan istehlak bazarını inkişaf etdirməyə çalışır və bu məqsədlə investisiyalar yatırıb. Zərərin səbəbi investisiyalar ilə əlaqədar olaraq yüksək xərclərdir. Növbəti ildən başlayaraq bu investisiyaların bəhrəsinin olacağı və törəmə bankımızın mənfəətə çıxacağı gözlənilir",- Bəhruz Nağıyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























