"Startap” şəhadətnaməsi alan kiçik və orta biznes subyektləri 3 il vergi ödəməyəcək
Startap şəhadətnaməsi alan kiçik və orta biznes subyektləri 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunacaq.
Marja xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Qeyd edək ki, sahibkarlar startap şəhadətnaməsinin əldə olunması üçün lazım olan sənədlərlə bağlı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet saytından əldə edə bilərlər.
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizmdə də startaplara dəstək nəzərdə tutulur. Belə ki, bu layihələrinin maliyyələşdirilməsi istiqamətlərinin alt sahələrində startaplara və innovativ sahibkarlara dəstək məqsədilə 20 min manatadək layihələrin maliyyələşdirilməsi qeyd olunub. Bu dəstək mexanizmlərdən yararlanaraq, onlar öz layihələrini maliyyələşdirə bilərlər.
“#Startap” şəhadətnaməsi alan #KOB-lar 3 il müddətinə #innovasiyafəaliyyətindən əldə etdikləri #gəlirlər üzrə #mənfəət və #gəlir#vergilərindən azad olunacaq.#Azərbaycan#İqtisadiyyat#EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2021
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
7 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























