Fransanın yeni prezidenti kimdir?
Dünyanın danışdığı ad: 25 yaş böyük müəllimi ilə evlənən Fransanın yeni prezidenti kimdir?
Xəbər verdiyimiz kimi, bazar günü Franada keçirilmiş seçkidə Emmanuel Makron səslərin 65%-ni yığaraq Fransa prezidenti seçilib.
Bəs Makron kimdir?
"Marja" xəbər verir ki, Emmanuel Jean-Michel Frederic Macron 21 Dekabr 1977-ci ildə Fransanın şimal-şərqində yerləşən və "Şimalın Venesiya"ı adlanan Amiens şəhərində anadan olub. Həkim bir ana və nevroloq bir atanın oğlu olan Makronun həyatında, uşaqlığının böyük hissəsini birlikdə keçirdiyi kollec müdirəsi nənəsinin böyük təsiri olub. Özündən iki yaş böyük qardaşı və 5 yaş kiçik bacısı olan Makron, uşaqlığında piano dərsi alıb. Fortepiano ustalığı ona illər sonra peşəkar həyatında "Maliyyənin Motsartı" ləqəbinin verilməsinə səbəb olub.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
İlk təhsilini Cizvit və Katolik kilsəsinin nəzarətindəki məktəblərdə alan Makron, daha sonra qardaşı ilə birlikdə Parisdə lisey və universiteti oxuyub. Paris "X-Nanterre" universitetindən fəlsəfə, Siyasi Tədqiqatlar İnstitutundan (IEP) siyasət elmi diplomu alıb. Fransada son 60 ilin rəhbərlərinin əvəzolunmaz məktəbi kimi göstərilən Milli İdarəçilik Məktəbindən (ENA) məzun olan Makron, 2002-2004-cü illər illəri arasında burada Fransa və Fransız idarəetmə sistemini öyrənib.
Fransada elitaların məktəbi və dövlətə rəhbərlər "istehsal edən zavod" kimi göstərilən ENA-dan məzun olduqdan sonra Makron 2004-2008-ci illər arasında maliyyə müfəttişi olaraq çalışıb. Sonra onun yolları 1980-ci ildən bu yana "Fransa siyasətinin gizli gücü" olaraq görülən iqtisadçı və yazıçı Jak Attali (Jacques Attali) ilə kəsişir. Dövrün Prezidenti Nikola Sarkoziyə (Nicolas Sarkozy) iqtisadiyyat sahəsində bir islahat paketi hesabatı hazırlayan Attali, Makronu müavini olaraq yanına götürüb.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
2007-ci ildə Makron, 15 yaşında tanış olduğu, özündən 25 yaş böyük teatr müəllimi Brigitte Trogneux ilə evlənib. İlk evliliyindən üç uşağı olan 64 yaşlı Trogneuxin 7 nəvəsi də var.
MALİYYƏ DÜNYASINA GİRİŞİ
Fransa rəhbərliyinin "ağıl müəllimi" Attali ilə tanış olduqdan bir müddət sonra dövlət məmurluğundan istefa edən Makron, karyerasını özəl sektorda davam etdirərək "Rotschild" Bankında işə girib. İnvestisiya və maliyyə sövdələşmələri ilə ötən 4 ildə dünya miqyaslı şirkətlərlə bağlı qərarlar verməyi və maliyyə sektoruna istiqamət verən addımları atmağı öyrənib. Həmin dövrdə Prezident Fransua Olland (Fransua Hollande) ilə tanış olub və birlikdə iş təklifi alıb. 2012 prezident seçkisindən az əvvəl baş verən bu tanışlıq, Makrona əvvəl Ollandın məsləhətisi, daha sonra Yelisey Sarayında Prezidentin Baş Katibinin Köməkçisi olmaq yolunu açıb. Ollandın, 34 yaşlı bu liberal müşavirinə etimadı tam idi və o, 2014-cü ildə Makronu iqtisadiyyat naziri təyin etdi.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
2016-nın aprel ayında ad və familyasının baş hərfləri ilə başlayan En Marche (Yürüş) Hərəkatını quran Makron, həmin il avqust ayında da iqtisadiyyat naziri vəzifəsindən istefa verərək prezident seçkisi üçün müstəqil namizədliyini elan edib. Makronun Sosialist Partiyada gələcəyini görmədiyi barədə şərhlərilə bərabər, sorğularda tarixinin ən aşağı səs faizlərini yığan partiyada Prezident Olland tərəfindən solu azad etmək vəzifəsi və "gizli tapşırıq" aldığı da qeyd olunur.
MAKRONUN ÖNÜNÜ AÇAN QALMAQALLAR
Qalmaqallarla dolu kampaniya dövründə ulduzu daim parlayan ad olan Makron, rəqiblərinin əksinə, sorğularda səs nisbətini daim artırıb.
Nicolas Sarkozy, Alain Juppe, François Fillon, Manuel Valls kimi Fransa siyasətinin iddialı adlarının xaric qaldığı bir yarışda ilk turu 24,01%-lik səs nisbət ilə 1-ci olaraq bitirib.
Son 50 ildir ki, Fransanı növbəli olaraq idarə edən Respublikaçılar (LR) və Sosialistlər (PS) ilk dəfə ilk turda yarışın xaricində qaldılar.
Emmanuel Makronun prezidenti seçilməsi ilə birlikdə Fransanın daha liberal siyasət yürütməsi gözlənilir. Həddindən artıq sağ təhdidinə qarşı ona səs verən milyonlara rahatladıcı mesajlar verən Makron, Avropa Birliyi (AB) içərisində daha təsirli və güclü bir Fransa vəd edib. Rəqibi Marina Le Penin əksinə, Makron, Fransanın beynəlxalq arenada daha çox görünməsi istəyir.
Makron, Fransanın ən gənc prezidenti olacaq. İndiyədək bu titul, 1848-ci ildə hakimiyyətə gələndə 40 yaşında olmuş Louis Napoleon Bonaparte aid idi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızıl və gümüş kəskin ucuzlaşıb
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb


















