Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Banklarda stres-testlərin aparılması Qaydası” (Qayda) təsdiq edilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.
Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində “Banklarda korporativ idarəetmə Standartları”nda, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda, “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nda və “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər də təsdiq edilib.
Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.
Nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcəkdir.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















