Azərbaycan ötən il bal idxalını 12% artırıb
Ötən il Azərbaycana 479 min ABŞ dolları dəyərində 122,67 ton təbii bal idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, bu göstərici 2019-cu illə müqayisədə dəyər ifadəsində 2,2% azalıb, həcm ifadəsində isə 12% artıb.
Dəyər ifadəsində ən çox bal idxalı Türkiyədən olunub. Belə ki, bu ölkə hesabat dövründə Azərbaycana 175 min. dollar dəyərində 31,43 ton təbii bal ixrac edib ki, bu da bir il öncəki göstəricidən müvafiq olaraq 5,5% və 11,3% azdır.
Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən 2020-ci il ərzində Azərbaycana 134 min dollarlıq 27,31 ton bal tədarük edilib. Bu göstərici dəyər baxımından 21,7%, həcm baxımından isə 25,7% azalıb
Üçüncü yerdə olan İrandan isə ölkəyə 114 min dollar (4,7 dəfə çox) dəyərində 56,37 ton (6 dəfəyədək çox) bal göndərilib.
Qeyd edək ki, hesabat dövründə ümumilikdə Azərbaycana 15 ölkədən təbii bal idxal olunub.
Ötən il ərzində Azərbaycandan 5,61 min dollar dəyərində 0,29 ton təbii bal ixrac edilib ki, bu da 2019-cu ilin göstəricisindən 83,4% və 75,8% azdır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)







