Zakir Nuriyev iclas keçirib
Azərbaycan Banklar Assosiasiyasının Ümumi yığıncağı keçirilmişdir19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir.
ABA-dan Marjaya daxil olmuş məlumata görə, yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.
İclasda ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilmişdir. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib.
Bundan əlavə iclas iştirakçıları ölkənin Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatı dinlənilmiş, gələcək planlar haqqında məlumat verilmişdir.
İclas zamanı ABA-ya üzv olmaq məqsədiylə 1 Bank – “Naxçıvanbank” ASC və 2 qeyri Bank – “Azərbaycan Kredit Bürosu” MMC-in, “MilliKart” MMC-in müraciətlərinə baxılmışdır. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyasına daxil edilmişdir. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olmuşdur.
İclasın sonunda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal Ekspert Qruplarının və Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





