Azərbaycandakı 5-ci böyük bank çətin ili mənfəətlə başa vurub
Sərt karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin zəiflədiyi 2020-ci ili “Bank Respublika” ASC 6 milyon 21 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Bank Respublika”nın 2019-cu ildə faiz gəlirləri 69 milyon 191 min manat ikən 2020-ci ildə 72 milyon 967 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 51 milyon 264 min manatdan 26 milyon 6 min manata düşüb.
Ötən il “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 98 milyon 973 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 82 milyon 624 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 349 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 10 milyon 327 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ili 6 milyon 21 min manat xalis mənfəətlə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 120 milyon 455 min manat, cəmi əməliyyat xərcləri 79 milyon 787 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 40 milyon 668 min manat təşkil etmişdi. Bank həmin il əməliyyat mənfəətinin 20 milyon 243 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı və 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il “Bank Respublika”nın qeyri-faiz gəlirlərinin azalması, eyni zamanda məqsədli ehtiyatlara ayırılan vəsaitin artması xalis mənfəətin düşməsinə səbəb olub.
2020-ci ildə “Bank Respublika”nın faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.
AZƏRBAYCANDA 5-Cİ BÖYÜK BANKDIR
31 Dekabr 2020-ci il tarixində “Bank Respublika” 1 milyard 34 milyon 39 min manat cəmi aktivlərə malik olub. “Bank Respublika” aktivlərinin məbləğinə görə Azərbaycandakı 5-ci böyük bankdır.
2019-cu ilin sonunda “Bank Respublika” 1 milyard 413 milyon manat aktivlərə, o cümlədən 484 milyon 507 min manat kredit portfelinə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində "Bank Respublika" 83 milyon 893 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bank 78 milyon 271 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















