“Qarabağ Dirçəliş Fondu”na ianələrinizi Mobil Şöbə əlavəsi ilə edə bilərsiniz
(®️) 2020-ci ildə ən böyük uğurumuz şübhəsiz ki, Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz oldu. Artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir dövr başlayır. Bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın daha da gücləndirilməsini təmin edəcək.
Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı.
Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika “Qarabağ Dirçəliş Fondu”na 200 000 manat məbləğində vəsaiti köçürməyi özunə borc bildi. Qeyd edək ki, bundan əvvəl “Koronavirusla Mübarizəyə Dəstək Fondu”, “Silahlı Qüvvələrə Yardım Fondu” və “YAŞAT Fondu”na vəsait ianə edən ilk banklardan biri də məhz Bank Respublika olmuşdur.
Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün də yeni imkan yaradıb. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla “Qarabağ Dirçəliş Fondu”na köçürə biləcəklər. Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu”na istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən edilən bütün ianə və köçürmələr “Bank Respublika”da komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















