Dövlət Agentliyində 126 milyon manat zərər!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56 milyon 166 min manat xalis zərərlə başa vurub.
Agentliyin maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 42% çoxdur.
Son nəticədə qurumun yığılmış zərəri 79,9%-ə artaraq 126 milyon 486 min manata çatıb.
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərdiyi xidmətlərdən gəlirləri 1 milyon 874 min manat (2018-ci ilə nisbətən 21,5% çox), xidmətlərinin maya dəyəri 35 milyon 777 min manat (17,9% çox), sair gəlirləri 323 min manat (39,6% az), ümumi və inzibati xərcləri 22 milyon 962 min manat (2 dəfə çox), maliyyə gəlirləri 652 min manat (21,8 dəfə çox), maliyyə xərcləri 181 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 96 min manat (25,1 dəfə çox) təşkil edib.
2020-ci il yanvarın 1-nə Agentliyin aktivləri 174 milyon 167 min manat olub ki, bu da illik müayisədə 2,4 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 82,1% artaraq 5 milyon 599 min manata, balans kapitalı isə 2,4 dəfə artaraq 168 milyon 667 min manata, o cümlədən nizamnamə kapitalı 2,4 dəfə artaraq 9 milyon 566 min manata çatıb.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ildə fəaliyyətə başlayıb. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.


Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)





