Xalq Bankın yeni mobil tətbiqi istifadənizdə!
(®️) Xalq Bank müştərilərinə daha yaxın oldu! Bir müddət öncə istifadəyə verilmiş XalqOnline yeni internet bank sisteminin mobil tətbiqi istifadəyə verildi.
Bununla da Xalq Bank ölkədə fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən ilk internet və mobil bank sistemini tamamlamış oldu. Mobil tətbiq Sizə istədiyiniz zaman Banka getmədən həm fərdi, həm korporativ hesablarınıza mobil telefonunuzdan idarə etmək – hesablarınıza onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatlarınızı icra etmək imkanı yaradır.
Geniş ayarlar və filtrlər vasitəsi ilə idarəedilən, olduqca çevik istifadəçi profili, “Dark mode” funksiyası ilə nəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və praktikdir. Bu gündən Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələr etmək, valyuta alqı-satqısı həyata keçirmək, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.
Mobil tətbiq XalqOnline sisteminin ana internet platformasının bütün xüsusiyyətlərini – geniş funksional, yüksək sürət, çevik əməliyyatlar, əlverişli şərtlər, istifadədə rahat, sadə anlaşılan interfeys və digər üstünlükləri dəstəkləyir.
XalqOnline tətbiqini Android əməliyyat sistemi ilə işləyən cihazlara dərhal yükləyə bilərsiniz: https://bit.ly/39MSsuw. Tətbiqin İOS əməliyyat sistemli cihazlar üçün versiyası bir qədər sonra təqdim olunacaq.
Ətraflı məlumat üçün Bankın Məlumat Mərkəzinə 138 nömrəsi ilə və yaxud www.xalqonline.az / www.xalqbank.az saytlarına müraciət edin.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























