Azərbaycanda əhalinin banklara kredit borcları azalır - STATİSTİKAYA GÖRƏ
Mərkəzi Bankın statistikasına görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin tədbirləri və Vətən müharibəsi ilə əlaqədar olaraq iqtisadi aktivliyin zəifləməsi kreditlərin o cümlədən, istehlak kreditlərinin azalmasına səbəb olub.
Azərbaycanda ardıcıl 2 aydır ev təsərrüfatlarına verilən kreditlər azalır.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Noyabr ayında ev təsərrüfatlarına verilmiş cəmi kreditlər (istehlak və daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər) 7 milyon 700 min manat azalaraq 6 milyard 757 milyon 300 min manata geriləyib. Ev təsərrüfatlarına verilmiş cəmi kreditlər Oktyabr ayında 15 milyon 400 min manat azalmışdı.
2020-ci ilin yanvar-fevral ayları ərzində ev təsərrüfatlarına verilmiş cəmi kreditlər 120 milyon 800 min manat artaraq 7 milyard 99 milyon 500 min manata çatmışdı. Sonradan, mart-iyun ayları ərzində ev təsərrüfatlarına verilmiş cəmi kreditlər 559 milyon 500 min manat azalaraq 6 milyard 540 milyon manatadək düşmüş, iyul-sentaybr aylarında isə yenidən 240 milyon 400 min manat artmışdı. Oktyabr – noyabr dövründə isə ev təsərrüfatlarına verilmiş cəmi kreditlər 23 milyon 100 min manat azalıb.
Noyabrın sonunda ev təsərrüfatlarına verilmiş cəmi kreditlər ötən ilin sonu ilə müqayisədə 221 milyon 400 min manat az olub. 2019-cu ilin sonunda ev təsərrüfatlarına verilmiş cəmi kreditlər 6 milyard 978 milyon 700 min manat təşkil etmişdi.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (həmçinin ipoteka kreditləri) verilən kreditlər də ev təsərrüfatlarına verilən kreditlərə daxildir, bu kreditlər xaric qalan hissə istehlak kreditləridir. Ev təsərrüfatlarına verilmiş kreditlərin Noyabrın sonundakı məbləğinə (6 milyard 757 milyon 300 min manat) 2 milyard 88 milyon 200 min manatlıq daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər də daxildir. Noyabr ayında daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər 5 milyon 800 min manat, istehlak kreditləri isə 1 milyon 900 min manat azalıb.
Noyabrın sonunda daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər xaric ev təsərrüfatlarına verilmiş cəmi kreditlər (istehlak kreditləri ) 4 milyard 669 milyon 100 min manat təşkil edib. Bu məbləğ ötən ilin sonunda 5 milyard 39 milyon 600 min manat, cari ilin fevral ayının sonunda isə 5 milyard 136 milyon 100 min manat təşkil etmişdi.
Noyabr ayında azalma olmasına baxmayaraq hələ də daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 149 milyon 100 minmanat çoxdur.
Qeyd edək ki, ötən ilin sonu ilə müqayisədə 2020-ci ilin 11 ayı ərzində cəmi kredit qoyuluşları 616 milyon 907 min manat o cümlədən noyabr ayında 104 milyon 664 min manat azalaraq 14 milyard 681 milyon 276 min manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 52 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan neftinin son qiyməti

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
Ən çox oxunanlar

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
