PAŞA Sığortadan 11 ayda daşınmaz əmlak sığortası üzrə 702 min manatdan çox ödəniş!

(®️) Bütün dünyada sığorta sisteminin yaradılmasında əsas hədəf insanlara dəyən zərərin ən sürətli şəkildə qarşılanmasıdır. Biz də, PAŞA Sığorta şirkəti olaraq, Azərbaycanın qeyri-həyat sığorta bazarında lider şirkət mövqemizi qorumaqla birlikdə hər zaman olduğu kimi 2020-ci il ərzində də sığortalı müştərilərimizin yanında olduq. Daşınmaz əmlakını bizimlə sığortalayan müştərilərimizə dəyən zərərin qarşılanmasını maksimum sürətlə həll etməyə çalışdıq.
Cari ildə şirkətimiz tərəfindən daşınmaz əmlak sığortası məhsulu əldə edən və sığorta hadisəsi ilə üzləşən fərdi müştərilərimizə 356 196 AZN,korporativ müştərilərimizə isə 346 367 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ümumilikdə, 2020-ci ilin cari tarixinə qədər 430 müştərimizə daşınmaz əmlak sığortası üzrə 702 563 AZN kompensasiya ödənilmişdir. Bu ilin 11 ayı ərzində qəza hadisəsi ilə üzləşən daşınmaz əmlak obyektlərindən 288-i fərdi yaşayış mənzilləridir.
Qeydə alınan sığorta hadisələrinə, əsasən, müştərilər tərəfindən ən çox su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma riski üzrə müraciətlər daxil olmuşdur ki, bu da əmlak sığortası üzrə qəza hadisələrinin təxminən 65 %-ni təşkil edir. Sığorta hadisəsi müraciətlərinin 12%-i təbii fəlakətlərin yəni, zəlzələ, tufan, dolu, ildırım düşməsi, sel, yer sürüşməsi və leysan kimi risklərin payına düşür.Yanğın riski üzrə müraciətlər ümumi hadisələrin 8%-ni təşkil etsə də, dəyən zərər həcminin böyük olması ilə əlaqədar ən çox zərər ödənişi yanğın və partlayış riskləri üzrə ödənilmişdir.
İllik sadəcə 50 AZN ödəyərək şəxsiyyət vəsiqənizi və əmlakın sizə aid olduğunu göstərən müvafiq sənədi təqdim etməklə, Bakı şəhərində yerləşən əmlakınızı 25.000 AZN dəyərində təminat altına almış olacaqsınız. Gəncə, Sumqayıt şəhərlərində və Naxçıvan MR-da yerləşən əmlakınız üçün 40 AZN, digər şəhərlərdə isə 30 AZN ödəməklə, əmlakınızı müvafiq olaraq, 20.000 AZN və 15.000 AZN məbləğində təminatla sığortalaya bilərsiniz. Sığorta üçün tələb olunan sənədləri sadəcə əməkdaşlara göndərməklə ofisə yaxınlaşmadan da əmlak sığortası əldə etmək mümkündür.
Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).
Əmlak sığortasını sadəcə məcburi olduğu üçün deyil, həm də qəza zamanı ciddi maliyyə çətinliyi ilə üzləşməmək, illər əzində evimizlə bağlı topladığımız dəyərləri təminat altında saxlamaq üçün əldə etməliyik.
PAŞA Sığorta şirkətinin əmlak sığorta növü üzrə mütəxəssisi Rəhman Hacıyev bildirib ki, növbəti ildə qəza hadisəsi ilə bağlı şirkətimizə müraciət edəcək müştərilərimizə yenilikçi və müştəri rahatlığını ön planda tutacaq proses təqdim edə bilmək üçün optimallaşdırma işlərinə artıq start verilmişdir. Bu gedişatın nəticəsi olaraq, sığortalı müştərimizin rahatlığı üçün, qəza baş verdiyi andan etibarən, sığorta təminatının müştəriyə ödənilməsinə qədər davam edəcək müddətin minimum həddə endirilməsi nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat sonra
-
4 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
-
37 d. əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
45 d. əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
1 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
