"Dünya iqtisadiyyatını çətin aylar gözləyir"
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pouel (Jerome Powell) dünya iqtisadiyyatının qarşıda bir neçə çətin ay yaşayacağı qənaətindədir.
FRS-nin saytında bildirilir ki, Senatın Bankçılıq, Məskən və Şəhərçilik Komitəsi qarşısındakı nitqi zamanı qurum rəhbəri koronavirus pandemiyası üzündən ölkə və dünya iqtisadiyyatında yaranmış böhranlı vəziyyəti şərh edərək hətta böyük əczaçılıq şirkətləri tərəfindən yeni dərmanların hazırlanmasına belə baxmayaraq yaxın gələcəkdə davam edəcəyini dilə gətirib:
“COVID-19 yoluxma hallarının artımı istər ölkədə, istərsə də xaricdə qarşıdakı bir neçə ay ərzində çətinliklər yarada bilər. İqtisadiyyatın tam dirçəlməsi insanların geniş fəaliyyət meydanına qayıtmağın təhlükəsizlik olduğuna inandıqları zaman baş verəcək.
Peyvənd dərmanlarına dair son xəbərlər orta gələcək üçün çox müsbətdir. Hazırda isə onların tətbiq müddəti, istehsalı və bölüşdürməsi, həmçinin müxtəlif qruplara təsiri də daxil olmaq şərtilə bəzi çətinliklər və müəmmalar hələ də qalır”.
Hazırkı şəraitdə dünya boyu hökumətlər tərəfindən iqtisadiyyata və əhaliyə dəstək proqramlarıhəyata keçirilməsinin zəruriliyini qeyd edən FRS rəhbəri ABŞ Maliyyə Departamentinin siyasətilə razılaşmadığını ifadə edib. Xatırladaq ki, maliyyə katibi Steven Mnuçin noyabrın 19-da hökumətin FRS ilə birgə həyata keçirdiyi 9 təcili yardım proqramının 5-ni bağlayacaqlarını açıqlamışdı. Qüvvədə qalan dörd proqram arasında ən mühümünün “Paycheck Protection Program” (PPP) kiçik sahibkarlığa dəstək proqramı olduğu diqqətə çatdırılmışdı.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























