IATA: Hava yolu şirkətlərinin iki illik zərəri 157 milyard dollara çata bilər
Beynəlxalq Hava Nəqliyyatı Birliyi (IATA), "Epidemiyada ikinci dalğa səbəbilə hava yolu şirkətləri bu il və gələn il cəmi 157 milyard dollar zərər edə bilərlər", məlumatını yayıb.Beynəlxalq Hava Nəqliyyatı Birliyi (IATA), yeni növ koronavirus (Kovid-19) epidemiyasında ikinci dalğa səbəbilə hava yolu şirkətlərinin bu il və gələn il cəmi 157 milyard dollar zərər edə biləcəklərini açıqlayıb.
Marja xəbər verir ki, baş ofisi Kanadanın Montreal şəhərində olan IATA, qlobal hava nəqliyyatı sektorunun iqtisadi performansına və maliyyə vəziyyətinə dair hesabatını yayıb.
Hava nəqliyyatı xərclərinin, bu il 2019-cu illə müqayisədə 61,2% azalma ilə 340 milyard dollara geriləyəcəyinin təxmin edildiyi hesabatda, 2021-də bu xərcləmələrin 2020-ci illə müqayisədə 40,1% artaraq 476 milyard dollara yüksələcəyi nəzərdə tutulub.
Hesabatda, Kovid-19-un hava əlaqəsini və onun meydana gətirdiyi iqtisadi faydanı "baltaladığına" yer verilib, bu il hava yolu şirkətlərinin 118,5 milyard dollar zərər edə biləcəyi ifadə edilib.
Zərərin gələn il 38,7 milyard dollara geriləyəcəyi təxmin edilib. Beləliklə, bu il və gələn il cəmi 157 milyard zərər yarana biləcəyi qeyd edilib.
IATA İyun hesabatında iki illik zərəri 100 milyard dollar nəzərdə tutmuşdu.
IATA, keçən il 4,5 milyard olan hava yolu sərnişinlərinin sayının bu il 1,8 milyard sərnişinə düşməsini və gələn il qismən yığışaraq 2,8 milyard sərnişinə çatmasının gözlədiyi qeyd edib.
IATA-nın hesabatında, pandemiya ilə əlaqədar olaraq hava yolu şirkətlərinin sərnişin gəlirlərinin 2020-ci ildə keçən illə müqayisədə 69% düşərək 191 milyard dollara geriləyəcəyi qeyd edilib.
IATA, qlobal yük miqdarının 11,6% azalaraq 54,2 milyon tona geriləyəcəyinə baxmayaraq sərnişin azlığı səbəbilə təyyarələrin yerə endirilməsinin yük qiymətlərini yüksəltməsinə görə şirkətlərin yük gəlirlərinin bu il 15% artaraq 117,7 milyard dollara yüksəlməsini də nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















