Varlılar siyahısında İlon Mask, Bill Qeytsi keçdi
Elektromobil istehsalçısı Tesla şirkətinin 49 yaşındakı İcraçı direktoru və qurucusu Elon Musk (İlon Mask), Microsoft-un qurucusu Bill Gatesi (Bill Qeyts) keçərək dünyanın ən varlı ikinci adamı olub.
2020-ci ili maliyyə baxımdan ən məhsuldar keçirən adlardan biri olan Elon Musk, Bazar ertəsi günü daha bir müvəffəqiyyətə imza ataraq dünyanın ən varlı ikinci adamı olan Bill Gates-i "taxtından" endirib.
Marja xəbər verir ki, Bazar ertəsi günü Musk-ın sərvətinin xalis dəyəri 7,2 milyard dollar artaraq 127,9 milyard dollara çatıb.
Bloomberg Milyarderlər İndeksinə görə, Musk, 2020-ci ilin əvvəlində indeksdə 35-ci yeri tuturdu. Musk, 2020-ci il ərzində sərvətinin xalis dəyərinə 100,3 milyard dollar əlavə edib. Tesla-nın davamlı artan bazar dəyəri isə 500 milyard dollara çatıb.
Musk-ın sərvətinin təxminən dörddə üçü Tesla səhmlərindən ibarətdir.
Dünyada ilin əvvəlindən bu yana sərvətini ən çox artıran adam Musk-dır, Amazonun İcraçı direktoru Jeff Bezos isə 67 milyard dollarlıq sərvət artımı ilə onun ardınca gəlir.
21 Dekabrdan etibarən Tesla şirkətinin səhmləri ABŞ-ın ən böyük 500 şirkətini əhatə edən S&P 500 Birjasında ticarət olunacaqdır. Bu xəbər Tesla şirkətinin səhmlərinə marağın artmasına və bahalaşmasına səbəb olub. Nəticədə də Musk-ın sərvəti daha da artıb.
Tesla səhmləri, Bazar ertəsi günü əməliyyat günündə 6,58% bahalaşaraq 521,85 dollara çataraq indiyədək ən yüksək bağlanışını edib. İl ərzində Tesla səhmləri 500%-dən çox bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
9 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
11 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
11 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
11 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
12 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
