“Yapı Kredi Bank Azərbaycan”dan 9 aztəminatlı ailəyə dəstək
(®️) “Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə aztəminatlı ailələrə biznes təşəbbüslərini həyata keçirmək üçün dəstək göstərməyə davam edir.
Bank sentyabr ayı ərzində 9 ailəyə müxtəlif sahələrdə öz biznes təşəbbüslərini reallaşdırmaq üçün gərəkli avadanlıqları təqdim edərək onların sahibkarlıq fəaliyyətinə təkan vermişdir.
Belə ki, “Yapı Kredi Bank Azərbaycan” Bakının Sabunçu rayonu ərazisində yaşayan Cəlilov Ruflan Yavər oğlu və Cəfərov Namiq Əkbər oğluna broyler sexi qurması üçün lazımi avadanlıqlar təqdim etmişdir.
Abşeron rayonu ərazisində yaşayan, Yusifov Bəhruz Yusif oğluna, məcburi köçkün, hazırda Pirallahı qəsəbəsində müvəqqəti məskunlaşmış Əşrəfova Yeganə Xasay qızına, və Bakı şəhəri, Suraxanı rayon sakini Quliyeva Şəfiqə Yusup qızına un məmulatları istehsal etməsi üçün lazımi avadanlıqlar təmin etməklə dəstək göstərilmişdir.
Daha üç vətəndaşımız, Sabunçu rayonunda məskunlaşmış məcburi köçkün Ağayeva Arzu Arif qızı, Pirallahı qəsəbəsində məskunlaşmış məcburi köçkün Əliquliyeva Ofelya Əli qızı, Nizami rayon sakini, məcburi köçkün Şahbazova Arifə Ənvər qızı bundan sonra “Yapı Kredi Bank Azərbaycan”ın təqdim etdiyi avadanlıqlarla tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar.
Həmçinin, bank tərəfindən Sumqayıt şəhərində yaşayan şəhid ailəsindən Salehli Çingiz Saleh oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar təqdim olunmuşdur.
Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank Azərbaycan” korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq cari ilin may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirərək, daha bir neçə aztəminatlı ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
18 d. əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
-
26 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
1 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
2 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
3 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Ən çox oxunanlar
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

























