EIA Brent neftinin builki qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Brent markalı neftin orta qiymətinin 2020-ci ildə bir barel üçün 41,9 dollar olacağını proqnozlaşdırır. Bu, əvvəlki proqnozdan 1,2 % çoxdur.
EIA-nın aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 49,1 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 0,3% azdır.
Agentlik WTI markalı neftin bu il orta qiymətini 39 dollar, 2021-ci ildə isə 45,1 dollar səviyyəsində proqnozlaşdırır.
Həmçinin, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci il neftə olan qlobal tələbatın artım tempi üzrə proqnozunu gündəlik 210 min barel azaldaraq 8,32 mln. barelə endirib.
2021-ci ilin proqnozu da gündəlik 490 min barel azaldılaraq 6,5 mln. barelə endirilib.
Qeyd edək ki, EIA proqnozların azaldılmasını 2020-ci ildə Çində tələbatın artım templəri üzrə proqnozun gündəlik 1,5 mln. bareldən 1 mln. barelə endirilməsi ilə əsaslandırır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























