Beynəlxalq Bank, ABAD və AKİA-dan aqrar sektora birgə dəstək
Azərbaycan Beynəlxalq Bankı, “ABAD” publik hüquqi şəxs və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Niyyət Protokolu imzalanıb. Protokol sahibkarlığın inkişafının dəstəklənməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə sahibkarlıq subyektlərinə öz investisiya layihələrini reallaşdırmaqdan ötrü üçtərəfli kömək göstəriləcək.
Belə ki, Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün “Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq.
Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq.
ABAD isə aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara kömək edəcək. Həmçinin istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev deyib: “Üç tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək göstərəcək. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək, birgə məhsullar hazırlanacaq”.
ABAD-ın direktoru Rüfət Elçiyev bildirib: “Sahibkarlar və kənd təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər. Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi yer tutur: “Son illər biznes layihələrinin reallaşdırılmasına fəal şəkildə kömək göstərdiyimiz kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən bir qisminin fəaliyyəti məhz aqrar sektora aiddir. Belə bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş oluruq. Bu da aqrar sahədə çalışan iş adamları üçün daha da faydalı olmağımıza imkan verəcək”.
Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi



















