IGB Avropa İnvestisiya Bankından 30 milyon dollar kredit alıb
Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) inşasını həyata keçirən ICGB şirkəti Avropa İnvestisiya Bankının (EIB) ayırdığı 110 milyon avro kreditin 30 milyon avroluq ilk tranşını əldə edib.
Bu barədə şirkət məlumat yayıb.
Qeyd edək ki, sözügedən kredit Bolqarıstanın dövlət zəmanəti ilə verilir. AIB-lə kredit müqaviləsini ötən il bu ölkənin Enerji Holdinqi (BEH) imzalayıb və layihənin maliyyələşdirilməsi tam təmin edilib. Bolqarıstan və Yunanıstanın qaz ötürücü şəbəkələrini birləşdirəcək interkonnektorun inşasının ümumi dəyəri isə təqribən 240 milyon avro təşkil edir. Bunun da 110 milyon avrosu AIB-in krediti, 39 milyon avrosu isə qrant kimi verilmiş vəsaitdir. Layihə üçün həmçinin Avropa Enerji Proqramı xətti ilə 45 milyon avro ayrılıb.
AIB-dən kredit alınması, o cümlədən Ətraf Mühit və Sosial İdarəetmə Çərçivəsinin tətbiqi üçün bir sıra ön şərtlər qoyulub. Söhbət 20-dən çox sənədin təqdim edilməsindən gedir. Bu sənədlər beynəlxalq maliyyə qurumlarının ekoloji və sosial standartlarını, yerli icmalarla ünsiyyət və dəstək tədbirlərini, təsirə məruz qalan əhaliyə kompensasiya ödənilməsini əks etdirir. AIB-ə hesabat vermək üçün ekoloji və sosial monitorinq üzrə məsləhətçi seçilib.
Xatırladaq ki, IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















