3 yeni Skoda modeli təqdim edildi - QİYMƏTLƏR
Skoda Avtomobil Mərkəzi pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək canlı yayımda 3 yeni Skoda modelinin təqdimatını keçirdi. Avtomobil həvəskarları interkativ şəkildə Skoda Rapid, Kamiq və Scala modellərinin təqdimatını izləyə bildi.
Təqdimat Skoda brendinin Azərbaycandakı yeganə rəsmi distribyutoru olan ”SKAZ Autohouse” tərəfindən təşkil edildi.
Təqdimat məşhur avtomobil blogeri və jurnalist Tural Yusifov tərəfindən Skoda Avtomobil Mərkəzinin Satış departamentinin rəhbəri Fikrət Mirzəyevin iştirakı ilə baş tutdu. Canlı yayımda keçirilən interaktiv dialoqda SKAZ AutoHouse il yarımlıq fəaliyyəti dövründə qazandığı müştəri məmnuniyyətindən danışıldı. Müştərilərin şirkətin timsalında hər çətinliklərində arxalana biləcəkləri bir dostunun olduğu vurğulandı.
Bundan əlavə hal-hazırda davam edən kampaniya barədə məlumat verildi. Müştərilər 10% ilkin ödəniş, 10%-dən başlayan illiklə, 48 ay müddətinə bütün avtomobilləri əldə edə bilər. Nağd alıcıları da özəl endirimlər gözləyir.
Təqdimatın ardı olaraq ilk növbədə seqmentində lider olmağa ən iddialı avtomobil olan YENİ Skoda Rapid modelinin yenilikləri, interyer və eksteryer üstünlükləri nümayiş etdirildi. Qısa video təqdimat çərçivəsində tam olaraq avtomobil barədə məlumat verildi. Azərbaycanda avtomobil 1 mexaniki və 4 avtomatik sürətlər qutusu ilə olmaqla 5 komplektasiyada təqdim olunacaq. Qiymət Mexaniki ötürücü ilə 22900 manata olan Active komplektasiyasından etibarən başlayacaq. Video təqdimatda təqdim olunan təchizat isə ən çöx tələbətlı, qiymət aralığında 4-cü olan Ambition+ təchizatıdır, qiyməti 28900 manat təşkil edir.
Təqdimatın davamı olaraq ilk dəfə tamaşaçılara Skoda Kamiq modeli təqdim olundu. Kamiq Skoda model sırasına yeni daxil olub və ilk dəfədir ki, ümumiyyətlə təqdim olunur. Avtomobilin banı da yeni təqdim olunan xüsusi bazada, kompakt krossover sinfində yaradılıb. Bu o deməkdir ki, avtomobil Fabiadan daha hündür, Karoq-dan isə daha kiçik ölçülüdür. Kamiq 5 qapılı, liftbek 400 litr həcmə malik baqajı və geniş salona sahib idman üslublu avtomobildir.
Son olaraq isə Skoda Scala avtomobilinin təqdimatı həyata keçirildi. Skoda Scala modeli də Kamiq kimi avtomobil sırasına yeni daxil olub və ilk dəfədir ki, auditoriyalarda təqdim olunur. Bu avtomobil isə bildiyimiz C klass hatchback platformasında hazırlanmışdır. Hər üç modeldə ABS, ESC, pis yollar paketi, TPMS sistemi, təhlükəsizlik məqsədilə isə Avropa avtomobillərinə xas tam 6 ədəd yastıqlar, aktiv və passiv təhlükəsizlik vasitələri mövcuddur. Avtomobillərə 3 il və ya 100 000 kilometr tam istehsalçı zəmanəti verilir.
Adıçəkilən modellər barədə daha ətraflı məlumatı aşağıda verilən təqdimatın videoyazısına baxmaqla əldə edə bilərsiniz.
Skoda Avtomobil Mərkəzi Babək prospekti 74a ünvanında yerləşdir. Avtomobilləri həm zənglə, həm online şəkildə sosial şəbəkələr vasitəsilə sifariş verə, həm də avtosalonu ziyarət edərək yaxından tanış ola bilərsiniz. Əlaqə üçün *5544 nömrəsinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
8 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
10 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
10 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
10 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)










.jpg)




