BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu
(®️) BirBank-ın “Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.
Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.
Məlumat verdiyimiz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
-
25 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
1 saat əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 5-də gözlənilən hava şəraiti
Hind rupisinə zərbə: Tarixi minimumda
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir


























