Bolqarıstan və Xorvatiya avroya keçir
Bolqarıstan və Xorvatiya avro pul vahidinə keçidin ilk mərhələsi olan Avropa Valyuta Məzənnəsi Mexanizminə qatılıblar.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti, Bolqarıstanın pul vahidi levanın və Xorvatiyanın pul vahidi kunanın avroya keçiddə lazımlı meyarları yerinə yetirərək "gözləmə otağı" olaraq adlandırılan Avropa Valyuta Məzənnəsi Mexanizminə (ERM2) girdiyini açıqlayıb.
Açıqlamada, bu ölkələrin pul vahidlərinin mexanizm içərisində 15% nisbətindəki məzənnə dalğalanması dəhlizinə daxil edildiyi, 1 avronun 1,95583 Bolqar levası və 7,53450 kuna olaraq təyin olunduğu qeyd edilib.
Bu müddətdən sonra, Bolqarıstan və Xorvatiya, mexanizmdə ən az 2 il gözlədikdən sonra avro pul vahidinə keçə biləcəklər.
Avropa Valyuta Məzənnəsi Mexanizmi (ERM2), üzv ölkə pul vahidləri arasındakı valyuta məzənnələrinin sabitliyini təmin etmək üçün lazımlı çərçivəni təmin edir. Mexanizmdə, avro istifadə etməyən Avropa Birliyi üzvü ölkənin pul vahidinin məzənnəsi avro qarşısında sabitlənir, yalnız təyin olunmuş limitlər daxilində "dalğalanmasına" icazə verilir. Məzənnənin 15%-dək dəyişməsinə icazə verilir. Sistemin içərisində iki ilin tamamlanmasının ardından Avro Bölgəsi üzvləri, ölkənin qatılıb qatılmamasına qərar verirlər.
Hazırda Avro Bölgəsinə 19 ölkə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























