"Citigroup": Neftin 10 dollar bahalaşması gözlənilir
Neft hasilatının azaldılmasına dair Vyana anlaşmasının müddəti uzadılacağı təqdirdə "Brent" markalı neftin qiyməti 2017-ci ilin sonuna 10 dollar bahalaşaraq 65 dollar/barel təşkil edəcək. "Bloomberg" agentliyi xəbər verir ki, belə bir proqnoz ABŞ-ın "Citigroup" analitikləri tərəfindən verilib.
Ekspertlərin fikrincə, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmanı uzatmaları və qlobal neft ehtiyatlarının azalması ilin sonuna neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı analitiklər bildiriblər ki, ABŞ-da neft hasilatının artması, OPEC və ona üzv olmayan ölkələrin hasilatı azaltması ilə kompensasiya ediləcək.
"Citigroup" həmçinin qeyd edir ki, hasilatın azaldılması anlaşması uzadılmazsa, neft qiymətlərini kəskin azalma gözləyir.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 16 saat sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
4 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi







.jpg)




.jpg)








