PAŞA Həyat şirkəti Qırmızı Aypara tərəfindən medal ilə təltif olundu
Şirkət 100 illik yubiley medalı ilə təltif olunub(®️) 18 iyun 2020-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində qurumun prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov onlara dəstək verən şirkətlərin nümayəndələri ilə şəxsən görüşüb, Cəmiyyətin 100 illik yubiley medalını təqdim edib.
Məhdud sayda hazırlanan fəxri medallardan biri məhz PAŞA Həyat şirkətinə təqdim olunub. Çünki yarandığı gündən ölkənin lider həyat sığortası şirkəti öz üzərinə götürdüyü sosial məsuliyyəti əsas tutaraq, cəmiyyət quruculuğu yönümlü layihələrə maksimum dəstək verməyə çalışıb. Bu illər ərzində şirkətin ən önəmli tərəfdaşlarından biri məhz Qırmızı Aypara Cəmiyyəti olub. Artıq uzun illər davam edən dayanıqlı əməkdaşlıq çox faydalı və səmərəli səmtdə həyata keçirilir.
Tarixə ekskurs edək. 100 il öncəni seyr edək.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilib. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, General-Leytenant Əliağa Şıxlinski olub. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olub. Milli Qızıl Aypara Cəmiyyəti müharibə şəraitində vətənin hərbi idarəsinə yardım etmək, zərər çəkən Respublika əhalisinə dəstək verməyi öz üzərinə götürmüşdür. Ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ilk yarandığı gündən bu günədək əsas məqsədi müharibə şəraitində yaralı əsgərlərə və müharibədə iştirak etməyən hər bir mülki şəxsə yardım etməkdir.
1920-ci ilin məlum aprel hadisələrindən sonra (Azərbaycan Demokratik Cümhuriyyətinin Sovet ordusu tərəfindən işğalı) bolşeviklərin lideri Vladimir İliç Leninin müvafiq tapşırığı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus olan bütün əmlak alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Kuznetsov adlı bir şəxsin rəhbərliyi ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayında Azərbaycan Sovet Respublikasının Xalq Komissarları Şurasının qərarı ilə yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Hilal Əhmər) yaradılmışdır. Kuznetsova isə bu Cəmiyyətə nəzarət etmək tapşırılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.
1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqilliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də Beynəlxalq Standartlara uyğun şəkildə müstəqillik vermişdir. Digər bir tərəfdən də bu dövrlərdə (hələ 1988-ci ildən başlayaraq) gənc, müstəqil Azərbaycan Respublikası torpaq iddiası ilə çıxış edən qonşu Ermənistan Respublikası tərəfindən 20% torpaqlarının işğalına məruz qaldı. Hələ 1992-ci ildə Xocalı Soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlmiş və burada nümayəndəliyini yaratmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlamışdır. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarıldı. Bu proses bu günədək də davam edir. Məlum müharibə Ermənistan Respublikasında tarixi torpaqlarında yaşayan 300 minədək soydaşımızın oradan qovulması ilə qaçqın və işğal olunmuş 20% Azərbaycan torpaqlarından 700 minədək vətəndaşımızın köçürülməsi ilə məcburi köçkün statusunu almışdır. Bu çətin anlarda İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və ümumiyyətlə Azərbaycan Dövlətinə dəstəyi böyük olub. Digər ölkələrin də Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini vermişdir. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratmış və vətəndaşlarımızın gündəlik tələbatlarını ödəmişlər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etmişdir. Müraciətə 1994-cü ildə müsbət cavab gəlmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Azərbaycanda nümayəndəliyini yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarəolunması və təmin olunması işini öz üzərinə götürmüşdür. Sözsüz ki, o uzun və keşməkeşli illər ərzində burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolu əvəzolunmaz olub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən müstəqil, neytral və qərəzsiz təşkilat kimi rəsmən tanınması, həmçinin Milli Cəmiyyətimizin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının daimi bərabərhüquqlu üzvü olması üçün dövlətin özünün təşkilatı rəsmən tanıması lazım idi. Bu niyyətlə də 1994-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin 926 nömrəli qərarı qəbul edildi. Bu qərara əsasən Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətini ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanımışdır. Bu qərardan sonra Milli Qızıl Aypara Cəmiyyətimiz öncə 1995-ci ilin noyabr ayının 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı və elə həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçildi.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 23 saat əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















