"Kütləvi sürətdə örüş-otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edə bilmərik"

"Azərtoxum" ASC ölkədə toxumçuluğun təchizatında çox mühüm rol oynayan şirkətdir. Bizim maddi-texniki bazamız imkan verir ki, 30 min hektar ərazidə səpin işləri aparaq". Bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə şirkətin ictaçı direktoru Məzahir Qasımov deyib.
O bildirib ki, "Azərtoxum" hazırda 10 min hektar ərazidə toxumluq arpa və buğda səpini, 2 min hektar sahədə qarğıdalı əkini həyata keçirib: "Amma bizim imkanımız var ki, 30 min hektar ərazidə əkin-biçin aparaq. Bizim 60 min ton məhsulu saxlamaq gücündə olan anbarımız var. İki il öncə Şəmkir rayonunda Ceyrançöl deyilən ərazidə 5 min hektar ərazi bizim üçün ayrılıb. Biz Gürcstandan 6 km uzunluğunda 500 mm diametrlik su kəməri çəkmişik. Bundan başqa, Şəmkir su anbarından 17 km uzunluğunda 1200 mm diametrlik su kəməri çəkilib. Lakin o torpaq qışlaq təyinatlı olduğuna görə, biz o sahədən səmərəli istifadə edə bilmirik. Həmin torpaqların qış otlaq sahəsi olmasına baxmayaraq, o torpaqlarda 1 baş belə mal-qara yoxdur. Xahiş edirəm ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzərə alınsın və problem həlli tapsın".
Sahibkara cavab olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı çox ciddi tapşırıq verib. Bununla belə nazir bildirib ki, torpaqların təyinatının dəyişdirilməsi zamanı balans gözlənilməlidir: "Biz bu il ərzində 121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Sizin müəssisənin maddi-texniki bazasına bələdəm. Hətta toxumçuluğun inkişafı üçün kənd təsərrüfatı strukturuna daxil olan torpaq sahələrindən bir neçə min hektar sahə müvəqqəti olaraq sizin istifadənizə verilib. Hazırda əsas məsələ örüş və ot sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı deyil. Biz balansı gözləməliyik. Çünki hazırda mövcud olan örüş və otlaq sahələri heyvandarlığın tələbatının 75%-ini təmin edir. Kütləvi sürətdə örüş-otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu problemi qloballaşdıra bilər. Ona görə də mütləq həmin əraziyə baxış keçirilməlidir. Amma düşünürəm ki, bu məsələ həll oluna bilər",- deyə nazir vurğulayıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
21 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 23 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
