Son rəqəmləri UniBank-ın sabitləşdiyini göstərdi
“UniBank” ASC 2017-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, yanvar-mart aylarında Bank faiz əməliyyatları üzrə 17 milyon 751 min manat gəlir, qeyri-faiz əməliyyatlrı üzrə isə 3 milyon 451 min manat zərər edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 3 milyon 563 min manat əməliyyat zərəri yaranıb. Ehtiyatlardan azad edilmiş 3 milyon 230 min manat hesabına bankın zərəri 334 min manatadək azalıb.
Qeyd edək ki, 2015 və 2016-cı illərdə UniBank ödəmə vaxtı keçən kreditlərə görə gəlirinin böyük hissəsini ehtiyata yönəldirdi. Bu səbəbdən Bank ötən iki ildə zərər açıqlamışdı.
2016-cı ilin birinci rübündə Bankın ehtiyatlara ayırması 36 milyon 639 min manat, yekun zərəri isə 20 milyon 144 min manat təşkil etmişdi. Bu ilin birinci rübündə Bankın ehtiyatları artırması əvəzinə azaltaması və zərərinin də 60 dəfə azalması bankda vəziyyətin sabitləşdiyinə işarə edir.
UniBank 2015-ci ili ehtiyatlara 113 milyon 172 min manat ayırdığından həmən ili 27 milyon 690 min manat, 2016-cı ili isə ehtiyata 102 milyon 634 min manat ayırdığından ötən ili 31 milyon 300 min manat zərər ilə başa vurmuşdu.
Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. Böyük ehtiyata malik olan bank daha dayanıqlı olur. Unibank erkən davranaraq böyük ehtiyat yaratmışdı.
2016-ci ilin 1-ci rübündə UniBankın cəmi gəlirləri 40 milyon 102 min manat (37 milyon 92 min faiz, 3 milyon 10 min qeyri -faiz), 2016-cı ildə isə 164 milyon 443 min manat (o cümlədən faiz gəlirləri 122 milyon 14 min manat, qeyri-faiz gəlirləri 41 milyon 429 min manat) təşkil etmişdi.
31 Mart 2017-ci il tarixinə UniBank 702 milyon 406 min manat cəmi aktivlərə, 634 milyon 623 min manat cəmi öhdəliklərə və 72 milyon 169 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 716 milyon 522 min manat cəmi aktivlərə, 650 min manat cəmi öhdəliklərə malik idi.
Maliyyə hesabatları, 2017-ci ilin 1-ci rübü, Min manatla,
Mənfəət və zərər haqqında hesabat | |
| 1. Rüb - 2017 |
Faiz və gəlirlərin bu qəbildən olan növləri | 17 751 |
Faizlər və onlara bağlı xərclər | (6 242) |
Xalis faiz mənfəəti | 11 509 |
Qeyri-faiz gəlirləri | (3 451) |
Qeyri-faiz xərcləri | (11 621) |
Xalis əməliyyat mənfəəti | (3 563) |
Ehtiyatlar üzrə ayırmalar | (3 230) |
Vergilər ödənildikdən sonra mənfəət / (zərər) | (334) |
Maliyyə vəziyyəti haqqında hesabat | |
Aktivlərin maddələri | 31.03.2017 |
Nağd vəsaitlər | 27 493 |
ARMB-yə qarşı tələblər | 119 717 |
“Nostro" hesablar | 22 781 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər | 31 952 |
Qiymətli kağızlara investisiyalar | - |
Müştərilərə verilmiş kreditlər | 406 999 |
Əsas vəsaitlər | 51 595 |
İnvestisiyalar | 738 |
Digər aktivlər | 41 130 |
Cəmi aktivlər | 702 406 |
Öhdəliklərin maddələri | 31.03.2017 |
“Loro" hesablar | 159 |
Müştəri hesabları | 355 497 |
Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər | 265 540 |
Digər passivlər | 13 426 |
Cəmi öhdəliklər | 634 623 |
Cəmi xalis aktivlər | 67 783 |
Cəmi öhdəliklər və kapital | 702 406 |
Balansdankənar öhdəliklər | 31.03.2017 |
Qarantiyalar və bu qəbildən olan öhdəliklər | 2 005 |
Kredit alətləri | 57 382 |
Akkreditivlər | - |
Forvard və fyuçers müqavilələri | 12 067 |
Digər balansarxası öhdəliklər | 715 |
Cəmi | 72 169 |
Məcmu kapital | ||
| 31.03.2017 | |
Tutulmalardan sonra I dərəcəli kapitalı | 49 341 | |
II dərəcəli kapital | 18 538 | |
Məcmu kapital | 67 879 | |
Məcmu kapitaldan tutulmalar: | (738) | |
Tutulmalardan sonra məcmu kapital | 67 141 | |
Əmsallar | Norma | 31.03.2017 |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 5,0% | 8,05% |
Leverec əmsalı | 5,0% | 6,82% |
Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi | 31.03.2017 | |
0% | 174 750 | |
2% | 14 | |
20% | 14 087 | |
50% | 39 205 | |
60% | 1 294 | |
100% | 238 769 | |
110% | 147 542 | |
120% | 144 193 | |
Cəmi |
| 759 854 |
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
-
2 saat əvvəl
6 milyon manatlıq güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu - 30 nəfər işlə təmin olunub
-
3 saat əvvəl
Kredit təşkilatına illik 16 faizlə 1 milyon manat borca pul lazımdır - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik
Ən çox oxunanlar
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
6 milyon manatlıq güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu - 30 nəfər işlə təmin olunub
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
Azərbaycan neftinin son qiyməti
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Azərbaycan fondu üçün "qızıl il" - 37,6 milyard gəlir əldə etdiyini açıqladı: BÖYÜKLÜYÜ 125 MİLYARD MANATI KEÇİB









.jpg)











