Bank BTB-dən pulsuz Elektron Ticarət xidməti
ank BTB Elektron Kommersiya ilə məşğul olan sahibkar şəxslərə dəstək olur(®️) Ölkəmizdə Koronavirus Pandemiyası nəticəsində tətbiq olunan karantin rejimi bir çox alış-veriş obyektlərinin, mağazaların məsafədən (onlayn) xidmət göstərməsini tələb edir. Mövcud vəziyyətdə sahibkarlar mal və xidmətlərin satılmasında, potensial müştərilərin qazanılmasında yeni təkliflərə, alternativ xidmət üsullarına maraqlıdırlar. Bunu nəzərə alaraq, Bank BTB Elektron Kommersiya (e-commerce) ilə məşğul olan sahibkar şəxslər üçün əməkdaşlıq təklif edir.
Belə ki, onlayn ticarətlə məşğul olan sahibkarlar və ya biznesini bu sahədə qurmağı düşünən şəxslər Elektron Ticarət (e-commerce) xidmətinə tamamilə pulsuz şəkildə qoşula biləcəklər.
İlk olaraq, bu xidmətə qoşulan şəxslərin idarə etdikləri sayt və ya mobil tətbiqində plastik kartla ödəmə imkanı yaradılacaq. Bununla da, sayta daxil olmuş müştəri seçdiyi məhsulun dəyərini asanlıqla ödəmək imkanı əldə edəcəkdir. Sayt vasitəsilə ödəniş zamanı ödənilən məbləğ sahibkarın hesabına mədaxil olunur.
Onu da qeyd edək ki, daxil olan vəsaitin sahibkarın “Boss Card” biznes kartına köçürülməsi mümkündür. Bu kartlar bankın biznes müştərilərinə 36 ay müddətinə tam ödənişsiz təqdim olunur.
Həmçinin, xidmətdən faydalanan ticarət sahibləri Bank BTB-nin əməkdaşları tərəfindən xidmətin aktivləşdirilməsi, ödənişsiz konsultasiya, 7/24 internet bankçılıq və digər xidmətlərdən istifadə edə biləcəklər.
Bunlarla yanaşı, gələcəkdə e-commerce, POS və digər dövriyyələrə uyğun sahibkarlara fərdi qaydada kredit limitləri də ayrıla bilər.
Onlayn ticarətin əhəmiyyətinin artdığı bir zamanda öz satışını artırmaq istəyən, ticarətini böyütmək istəyən hər kəs ödənişsiz təklif olunan e-commerce xidmətlərindən aşağıdakı kanallar vasitəsilə ətraflı məlumat almaqla qoşula bilər. Bunun üçün Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















