Nazirlik: Bakı Şopinq Festivalına 110-a yaxın mağaza qoşulub
Bakı şopinq festivalına İçərişəhərdə, qoşa qala qapısı qarşısında keçirilən şou-proqramla start verilib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən proqramda bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Açılışda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, paytaxtda ilk dəfə keçirilən Bakı Şopinq Festivalı insanların alış-verişi üçün mühüm imkanlar yaradır.
Onun sözlərinə görə, artıq Bakıda fəaliyyət göstərən 110-a yaxın satış mağazası bu festivala qoşulub: “Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın mehmanxana və restoranın xidmətindən istifadə edə biləcəklər. “Tax free” sistemi istifadədir, əcnəbilərlə yanaşı, ölkə vətəndaşları da bu xidmətdən yararlana bilər. Bizim məlumatımıza görə, gün ərzində “Tax free” xidmətindən istifadə olunub. Vergilər Nazirliyi tərəfindən 7 alış-veriş mərkəzində xüsusi köşk quraşdırılıb. Vətəndaşlar ƏDV-ni əldə etmək üçün alış-veriş etdikdən sonra qəbzlərini köşklərdə təsdiq etdirməli, sonradan mərkəzi banklardan birinə yaxınlaşaraq ƏDV-ni geri almalıdırlar”.
V. Şıxəmmədov qeyd edib ki, İçərişəhərdə keçirilən tədbir festival çərçivəsində ilk mədəni tədbirdir: “Festivalın rəsmi açılış mərasimi bu güb saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq”.
Qeyd edək ki, bu gündən Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” başlayıb. Festival mayın 10-dək davam edəcək. İlk Bakı Şopinq Festivalındə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak edir. Bakı Şopinq Festivalı xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək. Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
7 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
7 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir




















.jpg)




