Buğdamız olsaydı, 234 milyon dollar ölkəmizdə qalardı
2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri 234 mln. 351,8 min dollar (azalma 9,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana 141 mln. 649,1 min dollar dəyərində (artım 47,5%) 346,8 min ton şəkər xammalı və şəkər (artım 56%), 100 mln. 37,1 min dollar dəyərində (artım 74%) 110,4 min ton bitki yağı (artım 17%), 35 mln. 59,9 min dollar dəyərində (artım 2,9 dəfə) 10 min 96,5 ton çay (artım 84%), 40 mln. 578,5 min dollar dəyərində (artım 2,2 dəfə) 11 min 939,4 ton kərə yağı və süd (artım 4,5%) idxal edilib.
Ümumilikdə, yuxarıda adı çəkilən yeyinti məhsullarının idxalına 553 milyon dollar sərf edilib.
Yanvar-noyabr aylarında respublikaya 49 mln. 556,2 min dollar dəyərində (artım 79,1%) 56 min 352,4 ton meyvə (artım 11,7%), 16 mln. 14 min dollar dəyərində (artım 3 dəfə) 41 min 956,5 ton tərəvəz (artım 84,8%), 26 mln. 8,1 min dollar dəyərində (artım 3,4 dəfə) 141,6 min ton kartof (artım 51,4%) idxal edilib.
Hesabat dövründə ölkədən 96 mln. 209,1 min dollar dəyərində (artım 61%) 108 min ton tərəvəz (artım 47,8%), 158 mln. 521,7 min dollar dəyərində (artım 12%) 116,7 min 337,6 ton meyvə (artım 24,7%), 15 mln. 781,2 min dollar dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), 4 mln. 938,9 min dollar dəyərində (azalma 66,7%) 918,5 ton çay (azalma 71,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan 54 mln. 32,7 min dollar dəyərində (azalma 70,4%) 95 min 364,6 ton şəkər (azalma 47,2%), 7 mln. 783,8 min dollar dəyərində (azalma 84,6%) 7 min 456,1 ton bitki yağı (azalma 63,7%) ixrac edilib.
©İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
10 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 54 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
























