Bank BTB MİDA evlərinin/güzəştli mənzillərin kreditləşməsinə liderlik edir
® Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunan güzəştlərdən biri də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
Ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə töhfə vermək məqsədilə Bank BTB İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olmuş və artıq 3 ildir Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq edir.
Son göstəricilərə əsasən, Bank BTB 2019-cu ilin oktyabr ayında MİDA-nın satışa çıxardığı 570 mənzildən 202–ni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə rəsmiləşdirərək rekord göstəriciyə imza atıb. Belə ki, vətəndaşların istifadəsinə verilən 202 mənzil üzrə kreditin ümumi məbləği 9.448.696 AZN təşkil edir.
Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar “Elektron hökumət” portalında yerləşən (www.e-gov.az) “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinet yarada bilərlər. Ətraflı: https://mida.gov.az
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, 055 3000 946 WhatsApp nömrəsindən (https://wa.me/994553000946), həmçinin, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və Instagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
15 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
15 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
15 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 16 saat əvvəl
-
17 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











