Bankir Zakir Zeynalov: “Ola bilər ki, oğlum günahkardır"
“GünayBank”ın keçmiş sədr müavini, dələduzluqda və mənimsəmədə günahlandırılan Emin Zeynalovun atası, sabiq bankir, hazırda biznes fəaliyyəti ilə məşğul olan Zakir Zeynalov oğlunun törətdiyi cinayət barədə açıqlama verib.
"Marja" xəbər verir ki, Zakir Zeynalov virtualaz.org və haqqin.az saytlarının redaksiyasına gələrək nəhayət barəsində səslənən ittihamlar haqda danışıb.
Sayt yazır:
O, mətbuatın yazdıqlarını təkzib edərək cinayətlə əlaqəsi olmadığını və banka qarşı səsləndirilən ittihamları rədd etdiyini deyib. Z. Zeynalov Eminin günahının məhkəmə tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb.
“Ola bilər ki, oğlum günahkardır. Ancaq hesab edirəm ki, bunu ayrı-ayrı şəxslər, media yox, məhkəmə müəyyən etməlidir. Hazırda mənim üçün danışmaq çətindir. Ancaq bütün bildiklərimi hüquq-mühafizə orqanlarına və digər instansiyalara verdiyim ifadələrdə qeyd etmişəm. Çox xahiş edirəm, onlarla tanış olasınız”,-keçmiş bankir deyib.
Zakir Zeynalov bundan əvvəlki açıqlamalarında “Günay Bank”ı oğlunun əməlinə ortaq olmaqda ittiham etdiyinə görə təəssüfləndiyini bildirib:
“Banka qarşı ittihamları oğlumun taleyindən narahatlıq keçirərək, affekt halında olarkən səsləndirmişəm. Eminin işində qanun pozuntularına yol verdiyini etiraf edirəm və inanıram ki, istintaq, məhkəmə hər şeyi obyektiv şəkildə aydınlaşdıracaq”.
Zakir Zeynalov əməkdaşlarımızla söhbətdə dəfələrlə vurğulayıb ki, oğlunun əməlləri ilə bağlı detalları öyrənəndən sonra “Günaybank”a qarşı əvvəl səsləndirdiyi bütün iddialarını tamamilə rədd edib. Daha əvvəl Z. Zeynalov bəzi neqativ hallarla bağlı məhkəmədə açıqlama verəcəyini desə də, redaksiyanın sualına cavab vermək istəməyib.
O qeyd edib ki, oğlu ilə baş verənlər sağlamlığına çox təsir edib və hazırda özünü pis hiss edir: “Bir daha deyim ki, mənim bankın sahibi Mahmud Məmmədova qarşı ünvanladığım bütün şikayətlər əsassızdır. Çünki onları bəzi mənbələrdən aldığım, daha sonra yalan olduğu aydınlaşan məlumatlara əsasən yazmışdım”.

Zeynalov “Niyə bir ata, həm də bank işində bilikli bir insan olaraq oğlunu səhvlərinə görə xəbərdar etmədiniz?” sualına oğlunun törətdiyi əməlin gözlənilməz olduğunu və onun bu işlə heç bir əlaqəsi olmadığını deyib.
Hansı ki, gənc, maddi cəhətdən çox təcrübəsi olmayan birinin bu qədər hiyləgər və geniş miqyaslı fırıldaqçılıq sxemini himayəçi olmadan həyata keçirməsi şübhəlidir. Əlbəttə ki, bir ata kimi Zakir Zeynalovu başa düşmək mümkündür - oğluna görə üzülür və əlindən gələni edir ki, onun cəzası yüngülləşsin. Lakin digər tərəfdən, Emin Zeynalov bir sıra maliyyə cinayətləri törədib, xeyli vətəndaşı aldadaraq külli miqdarda pul mənimsəyib.

Qeyd edək ki, istintaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Emin Zeynalov Cinayət Məcəlləsinin 178.4 (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
© Virtualaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
4 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
4 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
4 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












