"İstiqrazların yerləşdirilməsinin tam həcmdə baş tutacağı şübhə doğurmur" - MÜSAHİBƏ
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sədrinin müşaviri Rəşad Ağayev müsahibə verib:
- Ötən həftə Palata ilk dəfə beynəlxalq maliyyə institutunun – Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) milli valyutada istiqraz emissiyasını dövlət qeydiyyatına aldı. Bu bankı Azərbaycanın qiymətli kağızlar bazarına hansı amil gətirdi?
- QDTİB-nin Azərbaycanın qiymətli kağızlar bazarına gəlməsinə bır sıra amillər təsir edib. Məlum olduğu kimi, MBNP qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və nüfuzlu xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə ölkəmizin üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir ki, sıx əməkdaşlıq edib. Bu əməkdaşlığın nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə beynəlxalq maliyyə institutunun istiqrazları emissiya ediləcək. Bu, ölkə üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın və ölkəmizin iqtisadi potensialının beynəlxalq aləmdə güclənməsinin göstəricisidir.
Eyni zamanda, Palatanın qiymətli kağızlar bazarı haqqında qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırması beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdə yerli valyutada istiqraz buraxılışını təşviq edib. Belə ki, beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə 1 fevral 2019-cu il tarixində MBNP-nin təşəbbüsü ilə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər edilib. Eyni zamanda “Bakı Fond Birjası” QSC-nin (BFB) listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən edilib. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırıb və əlavə stimullar yaradıb.
- Qiymətli kağızların “Bakı Fond Birjası” QSC-də kütləvi təklif üsulu ilə yerləşdiriləcəyi bildirilir. Bu, nə vaxta planlaşdırılır? İstiqrazların satışının həyata keçirilməsi hansı müddətə nəzərdə tutulub? Prosesi reallaşdırmaq üçün hansı investisiya şirkəti anderrayter kimi seçilib?
- Qeyd edildiyi kimi, QDTİB istiqrazlarını kütləvi təklif üsulu ilə BFB-də yerləşdirməyi qərara alıb. İstiqrazların avqust ayı ərzində hərrac vasitəsi ilə yerləşdirilməsi nəzərdə tutulub. Yerləşdirmənin dəqiq vaxtı Birjanın internet səhifəsində açıqlanacaq. Yerləşdirmə günü investorlar birja üzvləri vasitəsilə istiqrazların alınması üçün sifarişləri fond birjasına təqdim etməklə hərracda iştirak edə biləcəklər. QDTİB-nin istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter xidmətini "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC göstərir. Qeyd etmək lazımdır ki, QDTİB gələn ay 10 milyon manat, növbəti bir il ərzində isə ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazları kütləvi təklif üsulu ilə BFB-də yerləşdirməyi nəzərdə tutur.
- 10 milyon manatlıq istiqraza tələbatla bağlı proqnozlar necədir? Emitentin nəzərində tutduğu potensial investorlar varmı yoxsa bu, yerləşdilmə zamanı məlum olacaq?
- Bildiyiniz kimi, QDTİB beynəlxalq reytinq agentliklərinin ən yüksək reytinqlərlə qiymətləndirdiyi beynəlxalq maliyyə institutudur. Bu təşkilatın emissiya etdiyi qiymətli kağızlar çox aşağı risklilik dərəcəsinə malik hesab edildiyindən, onlara yerli bazarda maraq böyükdür. Bu səbəbdən, ilkin mərhələdə emissiya ediləcək ümumi məbləği 10 milyon manat olan istiqrazları investorların maraqla qarşılayacağı və yerləşdirmənin tam həcmdə baş tutacağı şübhə doğurmur. Bu istiqrazların tədavül müddəti 2 il, gəlirliyi isə 9,25% müəyyən edilib. Mülkiyyətçilərinə yüksək gəlirlik vəd edən bu istiqrazları əldə etmək arzusunda olan investorlar artıq öz investisiya şirkətlərinə müraciət edirlər. Potensial investorlar arasında institusional investorların çoxluq təşkil edəcəyi ehtimal olunur.
- MBNP digər beynəlxalq maliyyə institutlarını da yerli kapital bazarına cəlb etmək istəyir. Bu, nə vaxt reallaşa bilər və hansı təşkilatların istiqraz buraxması daha realdır?
- Qeyd etdiyimiz kimi, Palatanın beynəlxalq maliyyə institutları ilə yaratdığı əməkdaşlıq mühiti, o cümlədən istiqraz buraxılışı sahəsində yerli qanunvericiliyə edilmiş dəyişikliklər və beynəlxalq maliyyə qurumlarına dair tələblərin yüngülləşdirilməsi, belə təşkilatların Azərbaycan kapital bazarına marağını artırıb. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə Palata arasında bu sahədə danışıqlar və müzakirələr aparılır. Həmin təşkilatlar yerli bazarda istiqraz buraxışı təşəbbüslərini ifadə ediblər. Bu da öz növbəsində yaxın zamanlarda həmin təşkilatların da istiqraz emissiyasının həyata keçiriləcəyini deməyə əsas verir. Beynəlxalq maliyyə institutlarının yerli bazarda buraxacağı istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 9 d. əvvəl
- 14 d. əvvəl
-
20 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
1 saat əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
2 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
2 saat əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
2 saat əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"


















