Gədəbəy və Göygöldə dolu düşüb - FAKTİKİ HAVA AÇIQLANDI
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtərdə 30 m/s, Tovuzda 26 m/s, Bərdədə 25 m/s, Mingəçevirdə 24 m/s, Şəmkirdə 22 m/s, Göyçay və Yevlaxda 21 m/s, Nabranda 20 m/s, Neftçala və Ağstafada 18 m/s, Zaqatalada 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.
Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub. Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.
13 iyul axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir.
Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
29 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 45 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























