Fermerlər ixrac rüsumunun ləğvini istəyir - YENİLƏNİB
Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib.
Məlumata görə, rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar. Qeyd edək ki, əlavə ixrac gömrük rüsumları kartof ixracını bahalaşdırır.
Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
Şəmkir rayon icra başçı müavini Mahir Əliyev bildirib ki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.
"Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, - deyə Mahir Əliyev bildirib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
"Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir”,- məlumatda deyilir.
XXX
Kartofa ixrac rüsumu tətbiq edilməsinə etiraz olaraq Cəlilabad rayonunun (Bakıdan 211 kiklometr cənub) Maşlıq, Kazımabad və Muğan kəndindən olan bir qrup istehsalçı aprelin 8-də Maşlıq kəndində etiraz aksiyası keçirib.
Akaiya iştirakçıları kartofa ixrac rüsumunun ləğvini tələb edib, istehsalçılar ölkə rəhblryinin bu məsələyə diqqət yetirməsi üçün Bakı-Astara magistralını bağlamaq istəyib.
“Məqsədimiz ölkə rəhbərliyinin diqqətini problemimizə cəlb etmək idi. Amma Cəlilabad rayon icra hakimiyyəti başçısı gəldi, bizi dinlədi, dağılışmağımızın lazım gəldiyini deyərək məsələnin yaxın 2-3 gündə həllini tapacağını söylədi,” -aksiya iştirakçılarından biri bildirib.
Fermerlər deyirlər ki, məhsulu ixraca yönəltməmək üçün 1 dollar rüsum tətbiqi məhsulun maya dəyərindən bahadır.
“Hesab edin ki, kartofun yetişdirilməsi 1 manat 20 qəpiyə başa gəlir. İndi, biz, bunu xaricə çıxara bilmiriksə ölkə içində bu 10-20 qəpiyə satılacaq, əksər məhsul çürüryüb sıradan çıxacaq.”
Amma fermerlər məsələnin icra hakimiyyəti başçısının dediyi kimi 2-3 gündə həll olunacağına inanmır.
Digər istehsalçılar da oxşar problem yaşadıqlarını deyib.
“Yaxın ik-üç gündə topdansatış təşkilatçıları məhsulu bizdən almalı idilər. Amma ixrac rüsumu tətbiqindən sonra, aprelin 6-da gəlib verdikləri kisələri geri apardılar və səbəb kimi məhsulu xaricə çıxarmağın artıq sərf etmədyini söyldəlilər”, fermer belə deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© bakuws, Amerikanın səsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
8 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











