Azərbaycan Banklar Assosiasiyası 29 yaşını qeyd edir
Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin yaranmasından 29 il ötür. ABA-nın hazırda 33 üzvü vardır: 29 bank, 3 bank olmayan kredit təşkilatı və 1 kart prossesinq mərkəzi.
Assosiyasianın qurulmasındakı əsas məqsəd üzv-təşkilatların birgə korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. ABA tərəfindən aktiv fəaliyyətdə olduğu dövr ərzində bu məqsədləri reallaşdırmaq istiqamətində əhəmiyyətli işlər görülməklə yanaşı, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində də böyük əmək sərf edilmişdir.
ABA-nın təşkilati strukturu da bu məqsədlərə və dövrün tələblərinə uyğun olaraq dəyişmiş və inkişaf etmişdir. Bu struktura əsasən, hazırda ABA-nın ali idarəetmə orqanı Ümumi Yığıncaqdır və bütün üzv təşkilatların təmsilçilərini özündə birləşdirir. Rəyasət Heyəti isə ona verilmiş səlahiyyətlər çərçivəsində ABA-nın ümumi idarəetməsini həyata keçirir. Qərarların icrası və cari məsələlərin həlli isə İcra Aparatı tərəfindən həyata keçirilir.
Ümumilikdə ABA nəzdində 6 törəmə qurum (Azərbaycan Bank Tədris Mərkəzi, Biləsuvar Bağça-Lisey-Məktəb Kompleksi, Banklar və Biznes Qəzeti, Banklar və Biznes Jurnali, Bank İnformasiya Texnologiyalari Mərkəzi, Hərrac Mərkəzi), həmçinin Münsiflər Məhkəməsi mövcuddur.
Bunlarla yanaşı, bank sekorunun müxtəlif istiqamətlərində birgə fəaliyyətin gücləndirilməsi və daha effektiv olması məqsədi ilə ABA-nın tərkibində bankların həmin sahələrdəki təcrübəli mütəxəssislərinin toplandığı 12 Ekspert Qrupu fəaliyyət göstərir.
ABA-nın əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əlaqələrin qurulmasıdır. Bu istiqamətdə də əhəmiyyətli işlərə imza atılmışdır. Keçən dövr ərzində ABA həm ayrı-ayrı ölkələrin banklar assosiasiyaları ilə, həm də onların beynəlxalq və regional bilikləri ilə sıx əlaqələr qurmuşdur. Belə ki, indiyə qədər 12 ölkənin banklar assosiasiyaları və bir regional banklar assosiasiyası ilə əməkdaşlıq sazişləri imzalanmışdır. Bununla yanaşı, ABA hazırda Avropa Bank Federasiyasının və MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının üzvüdür.
Həmçinin ABA tərəfindən təşkil olunan beynəlxalq maliyyə-bankçılıq forumları və sammitləri regionun ən nüfuzlu maliyyə tədbirlərindən hesab edilir.
ABA 29 ildir ona dəstək olan və daim etimad göstərən üzvlərinə, fəaliyyətinə əvəzsiz töhfələr verən bank ekspertlərinə və dəyərli tərəfdaşlarına təşəkkür edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
23 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
46 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir























