Neftin ucuzlaşması "Liviya" xəbəri ilə dayanıb
Liviyanın iki böyük limanından neft ixracını dayandırmasının ardından neft qiymətlərinin düşməsi dayanıb.
Liviyanın qarşıdurmaların ardından ən böyük limanlarından ikisindən neft ixracını dayandırması və bəzi sahələrdə hasilatı azaltmasından sonra neft qiymətlərindəki geriləmə dayanıb.
"Marja" xəbər verir ki, Liviyada Milli Neft Şirkətinin idarə heyətinin üzvü Jadalla Alaokali, ən iri neft limanı "Es Sider" və üçüncü ən böyük limanı "Raf Lanuf"un, təhlükəsizlik təmin olunana və işçilərin vəzifələrinin başına qayıdana qədər bağlanıldığını qeyd edib. "Baker Hughes Inc."a görə, ABŞ-da qazılan neft quyularının sayı keçən həftə artıb.
İnvestorlar ABŞ-da artan neft ehtiyatları və istehsalındakı artımın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin istehsalı azaltmaq səylərinə zərər verib-vermədiyini qiymətləndirir. ABŞ-da neft hasilatı təxminən bir ilin ən yüksək səviyyəsinə çıxıb, Səudiyyə Ərəbistanı isə gündəlik neft hasilatını Fevral ayında 90,000 barel azaldıb.
"OPEC hasilatı azaldır, ancaq ABŞ-da hasilatın artırması qiymətlərin qalxmasına imkan vermir. Neft yəqin ki, 50 dollar ilə 57 dollar arasında qalacaq"- deyə analitiklər bildirirlər.
Bakı vaxtı ilə 08:00-da Qərbi Texas nefti (WTI) 53.15 dollardan, Brent nefti isə 55.75 dollardan əməliyyat olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 26 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















