Beynəlxalq Bankda "Qazprombank" nümayəndələri ilə görüş
Ölkəmizə işgüzar səfərdə olan Rusiya “Qazprombankı”nın nümayəndələri səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında da görüş keçiriblər. Bu barədə Beynəlxalq Bankdan "Marja"ya bildirilib.
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov qonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Bankda həyata keçirilən inkişaf tədbirlərini, qarşıya qoyulmuş yeni strateji hədəfləri diqqətə çatdırıb. Azərbaycan Beynəlxalq Bankının xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.
Öz növbəsində, “Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ölkəmizə səfər çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb. Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. “Qazprombank”ın ölkəmizdə həyata keçirmək niyyətində olduğu bir sıra layihələrdə Azərbaycan Beynəlxalq Bankının da iştirakı imkanlarına diqqət yönəlib.
Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “Bank ABB – Moskva” ilə “Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)








.jpg)







