Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median (orta dəyər) aylıq kirayə haqqı 1002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir. Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidə olunur. Ötən ilin sonu ilə müqayisədə mənzil bazarında qiymət artımı 12.2% olmuşdur. İlkin bazar üzrə 12.7%, təkrar bazar üzrə isə 12.2% artım müşahidə edilmişdir. Son ildə ilkin bazar üzrə artım tempi sabit olsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpmışdır.
İpoteka kreditləşməsinin artım dinamikası davam edir. Artım tempinin azalması xüsusilə bankların daxili ipoteka kreditləri hesabına olmuşdur. Belə ki, bankların daxili resurslar hesabına verdiyi kreditlərin qalıq məbləği il ərzində 104 milyon manat artmışdırsa (və ya illik 5.4% artım), İKZF hesabına verilən kreditlərdə illik artım 253 milyon manat təşkil etmişdir (və ya 10.8% artım). 2024-cü ilin sonu ilə müqayisədə bankların daxili ipoteka kreditləri üzrə faiz dərəcəsi 1.17 f.b. artaraq 11.92% olmuşdur ki, bu da ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olan faktorlardan biridir. İKZF hesabına verilmiş kreditlərdə isə faiz dərəcəsi 0.49 f.b. azalaraq 5.96% olmuşdur.
2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini üstələsə də, onlar arasındakı fərq il ərzində tədricən azalmışdır. Belə ki, DSK-ın məlumatına əsasən, 2024-cü ilin sonu ilə müqayisədə mənzil qiymətləri 12.2%, sərəncamda qalan gəlirlər isə 7.6% artmışdır. Bununla belə, əsasən mənzil qiymətlərinin artım tempinin azalması fonunda iki göstərici arasındakı fərq il ərzində tədricən azalmışdır.
Mənzil bazarında təklif edilən qiymətlərin artmasına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirləri dayanıqlı ipoteka kreditləşməsinə imkan verir. Dünya təcrübəsində geniş istifadə edilən əlçatanlıq indeksi (affordabililty index) adam başına düşən sərəncamda qalan gəlirin ay ərzində verilmiş yeni ipoteka kreditləri üzrə aylıq ortalama ödənişə nisbəti kimi hesablanır. Göstəricinin 100%-dən yuxarı olması əhalinin sərəncamda qalan gəlirlərinin ipoteka ödəmə iqtidarında olduğunu, 100%-dən aşağı olması isə aylıq ipoteka ödənişinin sərəncamda qalan gəlirdən çox olmasını göstərir.
2025-ci ildə sərəncamda qalan gəlirlər üzrə artım və aylıq ortalama ipoteka ödənişində olan azalma əlçatanlıq indeksində artımı şərtləndirmişdir. Bununla bərabər, əhalinin sərəncamda qalan gəlirləri üzrə müsbət dinamika əlçatanlıq indeksinin bençmark göstəricidən yüksək olmasına səbəb olmuşdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















