Azərbaycanda 2 yeni "Toyota" modelinin satışı başlayır

Yaponiyanın "Toyota" şirkəti iki yeni avtomobil modelini azərbaycanlı jurnalistlərə təqdim edib.
"Toyota Caucasus"un Rustavidə (Gürcüstan) keçirdiyi tədbirdə müxtəlif KİV-lərdən 30-a yaxın jurnalist iştirak edib.
Təqdimat mərasimində "Toyota"nın "Corolla" və "RAV 4" modellərinin yeni Hibrid (Hybrid) və benzin mühərrikli versiyaları təqdim edilib.
Tədbiri giriş sözü ilə “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konişi (Mitsuru Konishi) açaraq bildirib ki, yeni avtomobillərin müştərilər tərəfindən maraqla qarşılanacağına əmindir: “Biz tamamilə yeni “RAV 4” və “Corolla” modellərini Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu əfsanəvi modellərin yeni versiyaları dizaynına, təkmilləşdirilmiş komfortuna və təhlükəsizlik göstəricilərinə görə Azərbaycan sürücülərinin ürəklərində dərhal yer qazanacaq. Başqa bir şad xəbər odur ki, yeni nəsil “RAV4” hibrid (Hybrid) mühərrikə malikdir və mən inanıram ki, bu yenilik bizim müştərilərimiz tərəfindən çox gözəl qarşılanacaq və yüksək qiymətləndiriləcək”.
Sonra isə avtomobillər haqqında məlumat verən "Toyota Azərbaycan"ın nümayəndəsi Sabir Kazımzadə deyib ki, "Toyota" Azərbaycan bazarının 27%-nə nəzarət edir: “1966-cı ildə istehsal edilən "Toyota Corolla" isə C sinfində (Toyota C-SeqmentPlatform) liderdir və hazırda Azərbaycan bazarının 34%-nə sahiblənib. Dünya üzrə 46 mln. ədəddən çox satılan bu model mühərrikinin həcmi 1 600 kubsantimetr olan benzin və hibrid modelləri satışa çıxarılıb. Bu günə qədər dünyada 46 mln.dan çox "Toyota Corolla" satışa çıxarılıb”.
“Toyota” rəsmisi deyib ki, satışa çıxarılan “Corolla” həm mexaniki sürətlər qutusunda, həm də avtomat sürətlər qutusunda müştərilərə təqdim ediləcək: “Hazırda yeni "Corolla" həm hibrid, həm də benzin mühərriklə tənzim edilib. Amma dizel mühərrikli avtomobil istehsalı nəzərdə tutulmur. Hibrid avtomobillərə maraq var, amma dizel mühərrikli avtomobillərə isə maraq yoxdur. İlkin mərhələdə Azərbaycana yalnız benzin mühərrikli avtomobillər gətiriləcək”.
Benzin mühərrikli “Corolla”nın 21 600 ABŞ dollarına satışa çıxarılacağı gözlənilir. Hibrid mühərrikli “Corolla”nın isə qiyməti 29 000 dollar olacaq.
Bundan əlavə, tədbirdə “Toyota”nın benzin və hibrid mühərrikli “RAV4” modelləri də təqdim edilib: “Azərbaycanda bazar payı 32% olan “RAV4” krossover olaraq öz seqmentində liderdir. “Toyota”nın bu modeli 9 rəngdə müştərilərə təqdim ediləcək. Hibridli “RAV4”lərin hər biri iki rəngli olacaq. Belə ki, avtomobilin banı başqa rəng, kənarları başqa rəng ola bilər. Yeni benzin mühərrikli “RAV4” 2 000 kubsantimetr, hibridlər isə 2 500 kubsantimetr olacaq”.
“RAV4”ün Azərbaycanda hibrid modelinin 35 000 dollardan, benzin mühərrikli versiyasının isə 29 200 dollardan satışa çıxarılacağı gözlənir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
