Səhmləri ilk gündə 44 faiz yüksəldi, "Twitter"i geridə qoydu
Mobil mesajlaşma proqramı "Snapchat"ın sahibi "Snap" adlı şirkətin səhmlərinin birjada ilk satışı (İPO) dünən Nyu-York birjasında baş tutub.
"Marja" xəbər verir ki, biri 17 dolardan investorlara təqdim olunan şirkətin səhmləri ilk əməliyyat günündə 44 faiz dəyər qazanaraq 24,48 dollardan günü başa çatdırıb.
Beləliklə, "Snap"in bazar dəyəri təxminən 36 milyard dollar olub və şirkət İPO edildiyi ilk gündə bazar dəyəri təxminən 11 milyard dollar olan "Twitter"i geridə qoyub.
Mütəxəssislər, "Twitter"in 3 il əvvəlki İPO-sundan sonra "Snap"in ən böyük sosial media şirkəti IPO-su olduğuna işarə edərək, investorların informasiya və texnologiya şirkətlərinə marağının böyük olduğunu vurğulayıblar.
ŞİRKƏT ZƏRƏR EDİR
Analitiklər balans tərəfində isə şirkətin son illərdə artan zərərinə diqqət çəkirlər. Səhmlərin satışından əldə edilən vəsait də gəlir mənbələrini artırmaq üçün istifadə ediləcək. "Snap" şirkəti 2015-ci ildə 372,9 milyon dollar zərər edərkən, bu məbləğ ötən il 514,6 milyon dollara qalxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















