Yenilənmiş Hyundai Tucson artıq Azərbaycan yollarında!
Uğura can atanların avtomobili – yenilənmiş Hyundai Tucson artıq Bakıdadır. Müasir dünyada avtomobilləri ilə liderlərdən olan Hyundai keyfiyyəti və yenilikləri ilə alıcılarını təəccübləndirməyə davam edir.
Ön eksteryerə tətbiq edilən kəskin xəttlər, genişləndirilmiş radiator barmaqlıqları, daha iti bucaqlı LED işiqlar və bamper keçidləri avtomobilin görünüşünə cazibə və etibarlılıq qatmışdır.
Uğuru komfortsuz düşünmək mümkün deyil. Məhz buna görə də müxtəlif rəngli və keyfiyyətli dekorativ elementlərdən hazırlanmış zövqlü interyeri və funksional innovativ sistemi ilə yenilənmiş Tucson sizin üçün gəlir. İnteryerdə ilk diqqət çəkən məqam rəqamsal məlumat-əyləncə ekranının nəzərə çarpacaq ölçüdə yerləşdirilməsidir. Havalandırma deflektorları isə daha yumşaq cizgilər ilə dizayn edilib. Oturacaqlarda olan tənzimləmə funksiyası və isitmə sistemi ilə siz qüsursuz rahatlığı tapacaqsınız. Həmçinin, geniş arxa oturacaqlar sizin üçün komfort zona yaradacaq. 8 spikerlə təmin olunmuş Infinity audio sistemi sizləri əhatəli səslə təmin edəcək. Genişləndirilmiş panorama lyuk sayəsində yalnız öndə oturanlar yox, həm də arxa oturacaqdakı sərnişinlər gözəl mənzərəni seyr edə, təmiz hava alaraq ulduzları izləyə biləcəklər.
Ətrafı göstərən monitor vasitəsilə avtomobilin üstdən görüntüsü də daxil olmaqla müxtəlif perspektivlərdə əhatəli görüntü sayəsində rahatlıqla park edə bilərsiniz. Ətrafı daha yaxşı görə bilmək üçün 360 dərəcə, ön yaxud arxa kamera seçimlərindən istifadə edə bilərsiniz.
BlueLink proqram təminatı rahatlıqla avtomobilinizin qapılarını məsafədən idarə etməyə, mühərriki işə salmağa və qəza anında avtomatik olaraq fövqəladə vəziyyətin yarandığını zəng vasitəsi ilə lazımi qurumlara bildirmək imkanı verir. Yenilənmiş Tucsonda baqajın qapısını açmaq üçün heç bir əziyyətə ehtiyac yoxdur! İntellektual baqaj qapı sistemi texnologiyası vasitəsilə rahatlıqla yüklərinizi baqaja yığa yaxud baqajdan götürə bilərsiniz. Baqajın geniş olması isə əşyalarınızı yığmaq üçün bir nömrəli variantdır.
Yenilənmiş Hyundai Tucson-un sahib olduğu MPI mühərrik, silindirləri avtomatik idarə etdiyi üçün hərəkət gücünü lazımi səviyyədə saxlayaraq yanacaq qənaətinə səbəb olur. Avtomobil işlək vəziyyətdə olduqda belə mühərrikin səsi salonda demək olar ki, eşidilmir. Bu da sərnişinlərə rahatlıqla səyahət etmək imkanı verir və avtomobilin daha əlverişli, rahat və ekoloji olmasına səbəb olur.
Dinamik stili, təhlükəsizliyi, performansı və innovativ xüsusiyyətləri ilə seçilən yenilənmiş Hyundai Tucson yerli müştərilərə üç növ komplektasiyada təklif olunur
Avtomobili əldə etmək üçün Ziya Bünyadov pr.118 yerləşən Hyundai satış mərkəzinə müraciət edə bilərsiniz.
Ətraflı məlumat üçün ünvan: http://www.hyundai.az/tucson/
Əlaqə nömrəsi: (012) 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
31 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
45 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















