Beynəlxalq Bank xərclərini azaldaraq kreditləşməni artırıb
2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı xərclərini azaldıb, müştərilərə verilən kreditləri və kapitalını artırıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ili 425 milyon 841 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2017-ci ili 806 milyon 4 min manat xalis mənfəətlə bağlamışdı. Aradakı azalma fərqi isə, Bankın 2017-ci ildəki mənfəətinin əsas hissəsinin sağlamlaşdırma prosesi nəticəsində əldə edilmiş birdəfəlik gəlirdən formalaşması ilə bağlıdır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi gəlirləri 531 milyon 16 min manat, o cümlədən faiz gəlirləri 415 milyon 100 min manat, qeyri-faiz gəlirləri 116 milyon 60 min manat təşkil edib. 2017-ci ildə Beynəlxalq Bankın cəmi gəlirləri 1 milyard 23 milyon 346 min manat, o cümlədən faiz gəlirləri 510 milyon 101 min manat, qeyri-faiz gəlirləri 513 milyon 245 min manat olub.
FAİZ XƏRCLƏRİ KƏSKİN AZALIB
2017-ci ildə Azərbaycan Beynəlxalq Bankının cəmi xərcləri 488 milyon 701 min manat ikən, 2018-ci ildə 235 milyon 614 min manat təşkil edib (xərclər 253 milyon 87 min manat və ya 51,8% azalıb).
Bankın faiz xərcləri 307 milyon 777 min manatdan 118 milyon 386 min manata (189 milyon 391 min manat və ya 2,6 dəfə az), qeyri - faiz xərcləri isə 180 milyon 924 min manatdan 117 milyon 228 min manata qədər azalıb (63 milyon 696 min manat və ya 35,2%). Diqqəti cəlb edən Bankın faiz xərclərinin faiz gəlirlərindən daha çox azalmasıdır. İllik müqayisədə, faiz gəlirlərinin 95 milyon 1 min manat azalmasına qarşı faiz xərcləri 2 dəfə çox - 189 milyon 391 min manat azalıb.
Ötən il Beynəlxalq Bankın cəmi xərcləri cəmi gəlirlərindən az olduğundan 295 milyon 547 min manat əməliyyat mənfəəti əldə edib. 2017-ci ildə əməliyyat mənfəəti 534 milyon 645 min manat təşkil etmişdi.
Həmçinin ötən il, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 130 milyon 294 min manatı azad olub və mənfəətə əlavə edilib. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425 milyon 841 min manat xalis mənfəətlə bağlayıb. Qeyd edək ki, 2017-ci ildə ehtiyatın 271 milyon 359 min manatı azad olmuşdu.
31 dekabr 2018-ci il tarixində Bankın cəmi aktivləri 7 milyard 932 milyon 771 min manat təşkil edib. Cəmi aktivlər 2017-ci illə müqayisədə 762 milyon 335 min manat azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRDƏ ARTIM
Ən mühümü, “Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə verdiyi kreditlər artıb. Belə ki, illik müqayisədə müştərilərə verilən kreditlər 138 milyon 674 min manat və ya 7,2% artıb. Ötən ilin sonuna Azərbaycan Beynəlxalq Bankının digər banklardakı depozitləri 3 milyard 408 milyon 914 min manat, qiymətli kağızlara investisiyalar 1 milyard 191 milyon 575 min manat təşkil edib. Hər iki aktiv 2017-ci illə müqayisədə cüzi azalıb.
ÖHDƏLİKLƏR AZALIB
31 Dekabr 2018-ci il tarixində Beynəlxalq Bankın cəmi öhdəlikləri 6 milyard 771 milyon 246 min manat təşkil edib. 2017-ci illə müqayisədə Bankın öhdəlikləri 975 milyon 674 min manat və ya 12,6% azalıb. Banklar və digər maliyyə institutlarının vəsaitləri 130 milyon 127 min manat və ya 6,7% artaraq 2 milyard 68 milyon 951 min manata yüksəlib.
İllik müqayisədə hüquqi şəxslərin tələbli depozitləri 3 milyard 250 milyon 712 min manatdan 2 milyard 824 milyon 155 min manata, fiziki şəxslərin tələbli depozitləri 644 milyon 950 min manatdan 412 milyon 989 min manata, fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 1 milyard 259 milyon 799 min manatdan 842 milyon 700 min manata düşüb.
KAPİTALI 1 MİLYARD MANATDAN YÜKSƏKDİR
Ötən ilin sonunda Azərbaycan Beynəlxaq Bankının cəmi balans kapitalı 1 milyard 161 milyon 526 min manat, məcmu kapitalı isə 981 milyon 807 min manat təşkil edib. 2017-ci ilin sonunda bu rəqəmlər müvafiq olaraq 948 milyon 186 min manat və 524 milyon 342 min manat idi. Bu isə 2017 illə müqayisədə 2018-ci ildə bankın məcmu kapitalında 90% artım deməkdir.



Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
3 saat əvvəl
Qızıl Trampın FED sədri namizədliyindən sonra ucuzlaşmaqda davam edir
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
9 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
9 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
Ən çox oxunanlar
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















