"Aksiz vergiləri bizi pis “vuracaq”" - İŞÇİ İXTİSARI GÖZLƏNİR
Azərbaycanın yeganə enerji içkisi istehsalçısı olan "Bizon Enerji» vergi dəyişiklikləri səbəbindən artıq gələn ildən istehsalı azaltmağa hazırlaşır. Bu barədə “Bizon Enerji” layihəsinin rəhbəri Ceyhun Hüseynov bildirib.
Xatırlalaq ki, Vergi Məcəlləsinə edilən və 2019-cu ildən qüvvəyə minəcək dəyişikliklərə əsasən, Azərbaycanda enerji içkilərinə aksiz vergiləri tətbiq ediləcək. Yeniliyə görə, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin isə hər litrinə 3 manat aksiz tətbiq ediləcək.
Yeni qərar “Bizon Enerji” təmsilçilərini təəssüfləndirib. C.Hüseynov bildirir ki, energetik içkilərə aksiz vergisinin tətbiqi onların zərərli olması ilə əlaqələndirilib, halbuki enerji içkiləri göstərilən kimi zərərli deyil: “Bu içkinin zərərli olduğu iddiası ilə məsələ aktuallaşdırıldı. Dedilər, bu içki zərərlidir və buna əsas olaraq onun tərkibində kofeinin miqdarının çox olması göstərildi. Halbuki, biz gündəlik həyatımızda da tərkibində kofein olan məhsullar istifadə edirik və bunların sayı həddən artıq çoxdur. Məsələn, çay, kofe, şokolad və sair. İnsanın gündəlik kofein dozası 400 milliqramdır və biz bu dozanın aşılmaması üçün hətta bankanın üzərində də yazırıq ki, gün ərzində bir banka istehlak edilsin. Buna baxmayaraq məsələnin yalnız energetik içki üzərinə yönəlməsi bizi təəssüfləndirdi”.
C.Hüseynov bildirir ki, qida mütəxəsisləri də energetik içkilərin zərərli olması ilə bağlı ortaya dəqiq arqument qoymayıblar: “Mən sizə deyim, bu qərar qəbul ediləndə hər hansı dövlət qida mütəxəssisi və ya Qida Təhlükəsizliyi Agentliyi ağılabatan arqumentlə çıxış eləmədilər. Yəni bunun səbəbi dəqiq açıqlanmadı və əsaslandırılmadı. Amma artıq qərar qəbul olunub və bunu dəyişmək mümkün deyil”.
“Bizon Enerji” nümayəndəsinin sözlərinə görə, bu qərar – enerji içkilərinə aksiz vergisinin tətbiq edilməsi satışlara ciddi şəkildə təsir edib onları azaldacaq: “Biz satışların 2-3 dəfə azalacağını gözəyirik, çünki vergi tətbiqi nəticəsində energi içkilərin qiymətləri də azı o qədər – aksiz qədər artacaq”.
Hazırda “Bizon enerji” iki bankada satılır – 250 və 500 qramlıq. 250 qramlığının qiyməti 70 qəpik, yarım litrliyinin qiyməti 1 manatdır. Yeni vergidən sonra isə 250 qramlığın üzərinə 75 qəpik, yarım litrliyin üzərinə isə 1,5 manat əlavə olunacaq: “Yəni biz məcbur olub enerji içkilərini indiki qiyməilərdən ikiqat baha atmalı olacağıq. Bu da satışların həcminə ciddi təsir edəcək. Qiymətin iki dəfə artması, satışların da azı 2 dəfə azalmasına səbəb olacaq. Ola bilər bundan da çox azalsın”-deyə C.Hüseynov bildirir.
Bu məsələdə şirkəti təəssüfləndirən digər məqam odur ki idxal edilən və yerli istehsal olunan energetik içkilər arasında heç bir fərq qoyulmayıb. Qeyd edək ki, aksiz vergisi eyni həddə xaricdən gətirilən energetik içkilərə də tətbiq ediləcək: “Heç olması yerli istehsalı dəstəkləmək üçün bunu edə bilərdilər. Məsələn, spirtli içkilərin idxal və yerli istehsalı üçün vergilər fərqlidir. Amma bu da edilmədi, eyni yanaşıldı. Biz bundan da təəssüflənirik”.
C.Hüseynov bildirir ki, qiymətlərin artması, satışların azalması müəssisənin istehsalı azaltmasına və müəyyən ixtisarlara səbəb olacaq: “Təbii ki, satış alzaldıqda istehsal da azalacaq və nəticədə burada istifadə olunan işçi və satış heyətinin də azalmasına, müəyyən ixtisarlara səbəb olacaq”.
Qeyd edək ki, hazırda Azərbaycanın energetik içkilər bazarının 3-də biri yerli istehsalın – “Bizon”un payına düşür. Qalan hissə isə idxal malları ilə təmin edilir. Şirkət nümayəndəsi bildirir ki, vergi dəyişiklikləri xaricdən gətirilən energetik içkiləri də eyni dərəcədə “vuracaq” və ümumi bazar 2-3 dəfə kiçiləcək.
Qeyd edək ki, indiyədək “Bizon enerji” şirkəti yalnız yerli bazara yönəlik işləyib. Əsas hədəf yerli bazar olub deyə ixrac barədə planlaşma aparılmayıb: “Məqsəd o olub ki, ilk növbədə yerli bazar tutulsun. Amma bu dəfəki dəyişikliklər, vergilərin artması, xarici bazar haqqında düşünməyə vadar edə bilər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
-
2 saat əvvəl
Azərbaycanda 8,8 milyard manarlıq nağdsız ödəniş - 18 FAİZƏ YAXIN ARTIB
-
2 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
-
2 saat əvvəl
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb
-
2 saat əvvəl
Azərbaycan fondu "SABAH.fund" Gürcüstan startapına investisiya edib - 1 MİLYON DOLLARLIQ RAUND
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər
Azərbaycan fondu "SABAH.fund" Gürcüstan startapına investisiya edib - 1 MİLYON DOLLARLIQ RAUND
BOKT nizamnamə kapitalını yenidən artırır
Ən çox oxunanlar
Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
“Möhtəşəm Cümə” nağd kredit kampaniyası - 0% KOMİSSİYA
Birbanklı olmağın üstünlükləri - SİYAHI
Azərbaycan neftinin son qiyməti
Karabakh Group/Aqil Talıbov: "Satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır"

















.jpg)
.jpg)

