“İstəyirik ki, BOKT-lara kredit müştərilərinə hesab açmaq icazəsi verilsin”
“BOKT-ların da cari hesabın açılması, pul köçürmələri və valyuta mübadiləsi xidmətlərini göstərə bilmələrini təklif edirik”.
"Nağdsız əməliyyatlar sisteminə qoşulmamaları, manat resurslarına çıxışlarının məhdud olması - bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinə çətinlik yaradır. İlk növbədə, BOKT-lara kredit müştərilərinə cari hesab aça bilmələri imkanı yaradılmalıdır".
Bunu “Marja”ya Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA ) İcraçı direktoru Jalə Hacıyeva bildirib.
Jalə Hacıyeva qeyd edib ki, bu gün bank olmayan kredit təşkilatları nağdsız əməliyyatlar həyata keçirə bilmirlər:
“BOKT-lar da banklar kimi nağdsız əməliyyatlar sisteminə qoşulmalı və onlara sahibkarlar üçün cari hesab açılması səlahiyyəti verilməlidir. Bu, Maliyyə Xidmətləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulub. Biz hesab edirik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı işləri sürətləndirilməlidir. Vaxt gedir. Bu gün bazar sistemi daha sürətlə inkişaf edir, nəyin ki, BOKT-ların xidmət çeşidi”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Jalə Hacıyeva əlavə etdi ki, hazırda Azərbaycanda BOKT-lar bir xidmət – kreditlərin verilməsi xidmətini göstərə bilirlər: “BOKT-lar nağdsız əməliyyatlar sisteminə qoşulmadıqları üçün kreditin verilməsi bank vasitəsilə həyata keçirilir. Bu, bank olmayan kredit təşkilatları üçün çətinlik yaradır və müştəri ilə birbaşa işləmək imkanından məhrum olurlar. Biz istəyirik ki, bank olmayan kredit təşkilatları daha çevik imkanlara malik olsunlar. Təklif edirik ki, tələblər müəyyən edilsin və həmin tələblərə cavab verən bank olmayan kredit təşkilatlarına müştərilərinə hesab açmaq icazəsi verilsin. Əgər banklar bütün şəxslərə hesab açmaq səlahiyyətinə malikdirlərsə, bank olmayan kredit təşkilatları yalnız kredit verdikləri müştərilərinə hesab açmaq səlahiyyətinə malik olsunlar”.
AMFA-nın İcraçı direktoru vurğuladı ki, Qırğızıstanda bank olmayan kredit təşkilatları islam maliyyəsi, pul körmələri, valyuta mübadiləsi xidmətləri daxil 16 növ xidmət göstərirlər: "Biz istəyirik ki, müxtəlif növ xidmətlər üzrə lisenziyalar verilsin. Tələblərə cavab verən BOKT müştərilərə daha çox xidmətlər göstərsin. Bank olmayan kredit təşkilatları pul köçürmələri, valyuta mübadiləsi xidmətləri daxil bir neçə xidmət göstərsəklər, manat resusrları artacaqdır. Bu halda resurslar da ucuzlaşacaq və BOKT-lar mikro və kiçik sahibkarlara daha yaxşı dəstək verə biləcəkdir”.
Jalə Hacıyeva bildirdi ki, bank olmayan kredit təşkilatlarının nağdsız əməliyyatlar sisteminə qoşulması üçün qanunvericilikdə təkmilləşdirilmə aparılması tələb olunur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq
Rəsmi məzənnələr açıqlandı
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Ən çox oxunanlar
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam










.png)











