Maaşını aşağı göstərməkdə günahlandırılan Nissan-ın rəhbəri həbs olunub
Nissan, Renault və Mitsubishi ortaqlığının sədri Carlos Ghosn həbs olunub. O, maaşını aşağı göstərməklə günahlandırılır.
"Marja" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Ghosnun 2011-ci ildən etibarən 5 il ərzində maaşını cəmi 5 milyard yen (təxminən 75 milyon manat) aşağı göstərərək Yaponiya qanunlarını pozduğu üçün həbs olunub.
Braziliyada doğulmuş Fransa vətəndaşı 64 yaşlı Ghosnun, Tokioda prokurorlar tərəfindən sorğu-sual olunduğuna dair xəbərlər yayılmışdı.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Nissan şirkətindən verilən açıqlamada, daxili istintaqın Ghosn-un maaşını illərdir aşağı göstərdiyini ortaya qoyduğu və onun vəzifəsindən azad ediləcəyi qeyd edilib.
Açıqlamada, Carlos Ghosnun şirkətin qazancını şəxsi istifadə, o cümlədən digər qüsurlu davranışlarının da təsbit edildiyi qeyd edilib.
Ghosn, 1999-da Renault ilə sərmayə tərəfdaşlığı çərçivəsində Yaponiyanın avtomobil şirkətini idarə etmək üçün əməliyyat direktoru kimi Nissan gəlmişdi.
Şirkətin yaxşılaşdırılmasına üçün sərt yenidənqurma tədbirlərinə rəhbərlik edən Ghosn, 2001-də Nissan-ın, 2005-ci ildə isə Renault-un İcraçı direktoru təyin edilib.
Yanacaq manipulyasiyası qalmaqalının vurduğu Mitsubishi şirkəti də 2016-da Nissan-Renault-un sərmayə tərəfdaşlığına qoşulub.
Nissan, Renault və Mitsubishi tərəfdaşlığı, bu ilin ilk yarısında 5,54 milyon avtomobillə, əsas rəqibi Volkswagen geridə qoyaraq dünyanın ən böyük avtomobil satıcısı olub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















