"Biz bu təcrübədən istifadə etməliyik”
Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: “Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır”.
M.Axundov hesab edir ki, dənizdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar: “Türkiyə Qara dəniz, Egey, Aralıq, Mərmərə dənizlərində qəfəs quraşdırıb. Onların 4 dənizdə qəfəs tipli marikultura fermaları mövcuddur. Biz bu təcrübədən istifadə etməliyik”.
Qeyd edək ki, “Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən istifadə edilə bilər.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















