Tramp "atəşkəs" elan etmək istəyir - Çin ilə ticarət müqaviləsi üçün göstəriş verdi
Tramp "ehtimal olunan" Çin ticarət müqaviləsi üçün göstəriş verib
Mövzu haqqında məlumata malik mənbələrə görə, ABŞ Prezidenti Donald Tramp, bu ayın sonunda Argentinada keçiriləcək G20 ölkələri sammitində Çin Prezidenti Xi Jinping ilə ticarət məsələsində razılığa gəlmək istəyir və hökumətə potensial maddələri ehtiva edən bir layihə hazırlamağa başlamaq göstərişini verib.
"Marja" xəbər verir ki, adlarını açıqlamayan mənbələr, Çin ilə mümkün razılaşma üçün bu addımın, Trampın Cümə günü Xi ilə telefon söhbətindən sonra atıldığını qeyd ediblər. Tramp Xi ilə telefon danışığını "uzun və çox yaxşı" kimi qiymətləndirib və "tweet" yolu ilə verdiyi açıqlamada, ticarət mövzusundakı müzakirələrin "yaxşı getdiyini" bildirib.
Mənbələr, Trampın kabinetdəki nazirlərə, intensivləşən ticarət müharibəsində "atəşkəs" elan etmək üçün, potensial bir müqavilə hazırlamaq məsələsində hazırlıqlara başlamaq göstərişi verdiyini qeyd ediblər.
Cümə axşamı günü Trump və Xi arasında telefon danışığı baş tutub. Hər iki lider də verdikləri açıqlamada, Şimali Koreya və ticarət məsələlərində konstruktiv danışıqlar apardıqlarını bildiriblər. Çin dövlət mediasına görə, Tramp, liderlər arasında "sıx və birbaşa ünsiyyəti" və 30 Noyabr - 1 Dekabrda keçiriləcək G-20 zirvəsində danışıqlar üçün "müştərək hazırlıqları" dəstəkləyib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















