"Bank of Baku”nun vəziyyəti məlum oldu - KAPİTALI ARTIB

"Bank of Baku” ASC 2018-ci ilin 9 ayını 3 milyon 128 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin eyni dövrünü 31 milyon 890 min manat xalis zərər ilə bağlamışdı.
QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Bank of Baku”nun faiz gəlirləri 31 milyon 35 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 504 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə Bankın faiz gəlirləri 44 milyon 655 min manat, qeyri-faiz gəlirləri 770 min manat təşkil etmişdi.
Cari ilin yanvar-sentyabr dövründə ”Bank of Baku” nun gəlirləri (faiz və qeyri-faiz) 33 milyon 539 min manat təşkil edib. Eyni zamanda, əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 26 milyon 748 min manatı gəlirə əlavə edilib və nəticədə cəmi gəlirlər 60 milyon 287 min manata yüksəlib. Cəmi 57 milyon 159 min manat xərclər cəmi gəlirlərdən çıxılıb və Bankın 3 milyon 128 min manat xalis mənfəəti qalıb.
2017-ci ilin 9 ayında “Bank of Baku”nun 45 milyon 425 min manat cəmi gəlirlərə qarşı cəmi xərcləri 38 milyon 127 min manat təşkil etmiş, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 39 milyon 188 min manat ayırmışdı. Bu səbəbdən həmin dövrü Bank 31 milyon 890 min manat xalis zərər ilə başa vurmuşdu.
2018-ci ildə ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın azad olması ”Bank of Baku”da problemli kreditlərin azaldığına işarədir.
BALANS VƏ MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Bank of Baku” 301 milyon 606 min manat cəmi aktivlərə (o cümlədən 193 milyon 199 min manatı müştərilərə verilmiş kreditlər), 262 milyon 72 min manat cəmi öhdəliklərə və 39 milyon 534 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “Bank of Baku” 399 milyon 860 min manat cəmi aktivlərə (o cümlədən 197 milyon 694 min manatı müştərilərə verilmiş kreditlər), 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi.
Cari ilin mənfəəti hesabına Bankın məcmi kapitalı ötən ilin sonundakı 24 milyon 611 min manatdan 30 Sentyabr 2018-ci il tarixində 27 milyon 452 min manata çatıb.
Cari ilin 9 ayında "Bank of Baku"nun kredit portfelinin əvvəlki illər ilə müqayisədə cüzi azaldığı diqqəti cəlb edir.
“Bank of Baku” xərclərini azaltmağa və gəlirlərini artırmağa nail olarsa, yaradılmış ehtiyatın azad olması hesabına daha çox xalis mənfəət əldə edə bilər. Bankın gəlirləri xərclərini bağlayarsa, ehtiyatdan azad olan məbləğ xalis mənfəətdə öz əksini tapacaqdır. Nəticədə də Bankın məcmu kapitalı daha da artacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
