"Monsanto" milyardlarla dollarlıq yeni iddialarla qarşı-qarşıyadır
ABŞ-ın aqrar biotexnologiya şirkəti "Monsanto", milyardlarla dollara başa gələcək yeni iddialarla qarşı-qarşıya qalıb.
"Marja" BBC-yə istinadən xəbər verir ki, son dövrdə "Monsanto" haqqında açılan cinayət işi sayında artım baş verir.
Qeyd edək ki, Avqustun əvvəlində, "Monsanto" şirkətinin yabanı otları məhv etmək üçün istifadə edilən dərmanlarındakı glifosat (Glyphosate) maddəsi səbəbilə qan xərçənginə tutulmuş və bu səbəbdən də şirkətə cinayət işi açan kaliforniyalı fermer Dewayne Johnson məhkəmədə qalib gəlmişdi.
"Monsanto", 289 milyon dollar təzminat ödəməyə məhkum edilmişdir.
"Bayer", 66 milyard dollara satın aldığı "Monsanto" şirkəti haqqında gözlənilən cinayət işinin 5 min 200-dən 8 minə yüksəldiyini açıqlayıb.
"Bayer"in İcraçı direktoru Verner Baumann, "Monsanto"nu satın aldıqda "Bayer"in cinayət işlərinin miqyasını nəzərdə tutmadığını deyib.
Baumann, "Satınalma zamanı, əlbəttə, hüquqi riskləri qiymətləndirmişik, amma mövcud işlərin miqyasını nəzərdə tutmamışdıq" deyib. O, "Monsanto"ya qarşı açılan bütün cinayət işlərində şirkəti müdafiə edəcəklərini, qarşı tərəflə razılaşmaya getməyəcəklərini bildirib.
Hər nə qədər ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi ötən İlin Sentyabr ayında glifosatın insanlar üçün riskli olmadığını açıqlasa da, Dünya Səhiyyə Təşkilatı, 2015-ci ildə glifosatı "insanlar üçün xərçəng riskli" kimi təsnif edib.
"Monsanto"nun ən çox şikayət edilən aqrar dərmanı "Roundup"dur.
"Monsanto" dünyanın ən böyük GMO (Genetik modifikasiya olunmuş orqanizm) toxum istehsalçıları arasında yer alır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















