Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən qəsəbəyə qaz verildi
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.
Hazırda “Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur.
Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.
Bildirildi ki, Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb. Bu da onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən və artıq başa çatmaqda olan üçüncü Dövlət proqramında bölgələrin qazlaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib, əhalinin təbii qazla təmin edilməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb. Bu isə regionların inkişafına müsbət təsir göstərir, o cümlədən mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
42 d. əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
-
2 saat əvvəl
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
2 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz diler"lərə zərbə
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Ən çox oxunanlar
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb


















.jpg)





.jpg)
